Boşanma zamanı bank hesabındakı pullar bölünürmü?
24 Aprel 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
570
28.01.2026, 12:40
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumatına əsasən, KM sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsi baxımından Cinayət Məcəlləsinin 14.2-ci maddəsi (az əhəmiyyətli əməllər) ilə 228.1-ci maddəsinin (qanunsuz silah və döyüş sursatı dövriyyəsi) birgə şərh edilməsinə dair Baş Prokurorluğun sorğusu üzrə qərar qəbul edilib.
Qərarda qeyd edilir ki, Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, hansısa əməldə cinayətin formal əlamətləri olsa belə, əgər həmin əməl az əhəmiyyətlidirsə və cəmiyyət üçün real təhlükə yaratmırsa, bu əməl cinayət hesab edilmir. Yəni, şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya belə zərər təhlükəsi olmayan əməllər cinayət məsuliyyəti yaratmır. Qərarda vurğulanıb ki, “az əhəmiyyətli əməl” dedikdə, ictimai təhlükəlilik xüsusiyyəti olmayan davranışlar nəzərdə tutulur və belə əməllər mahiyyətinə görə cinayət anlayışına daxil edilmir.
Eyni zamanda qeyd olunur ki, “az əhəmiyyətlilik” anlayışı qiymətləndirici xarakter daşıyır. Yəni hər bir konkret halda əməlin az əhəmiyyətli olub-olmamasını müəyyən etmək hüquq tətbiq edən orqanların – istintaq, prokurorluq və məhkəmələrin səlahiyyətindədir. Bu qiymətləndirmə aparılarkən işin bütün faktiki halları hərtərəfli araşdırılmalı, əməlin kimə, hansı obyektə yönəldiyi, hansı şəraitdə törədildiyi və şəxsin niyyəti nəzərə alınmalıdır.
Həmçinin oxuyun
Qərarda Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə də xüsusi diqqət yetirilir. Həmin maddəyə əsasən, qanunsuz olaraq odlu silahın, onun hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, saxlanması, daşınması, başqasına verilməsi və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur (yivsiz ov silahları və onların sursatları istisna olmaqla).
KM qeyd edir ki, bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün döyüş sursatının konkret sayına dair qanunda hər hansı minimum hədd müəyyən edilməyib. Bunun səbəbi ondan ibarətdir ki, döyüş sursatları müxtəlif təhlükəlilik dərəcəsinə malikdir və istifadəyə yararlı bir ədəd patronun belə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmaq potensialı mövcuddur.
Plenum hesab edir ki, “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən əməlin az əhəmiyyətli olub-olmaması hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) yalnız hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.
00:46 / 27 Aprel 2026
221
00:06 / 27 Aprel 2026
104
23:47 / 26 Aprel 2026
240
23:30 / 26 Aprel 2026
100
22:41 / 26 Aprel 2026
104
22:04 / 26 Aprel 2026
109
21:41 / 26 Aprel 2026
121
21:19 / 26 Aprel 2026
110
20:31 / 26 Aprel 2026
135
19:47 / 26 Aprel 2026
136
19:09 / 26 Aprel 2026
129
19:05 / 26 Aprel 2026
1185
18:54 / 26 Aprel 2026
1852
18:49 / 26 Aprel 2026
107
18:48 / 26 Aprel 2026
167
18:11 / 26 Aprel 2026
137
17:49 / 26 Aprel 2026
138
17:34 / 26 Aprel 2026
76
17:32 / 26 Aprel 2026
198
17:18 / 26 Aprel 2026
118
17:08 / 26 Aprel 2026
120
16:57 / 26 Aprel 2026
109
16:40 / 26 Aprel 2026
287
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.