Çayın faydaları və düzgün istifadə qaydası açıqlanıb – Endokrinoloqdan tövsiyə
21 Aprel 2026, 17:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1853
27.01.2026, 22:08
Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçilik şöbəsinin müdiri Seymur Səfərli nazirin yeni müavinləri təyin edilib.
Digər sərəncamla indiyədək kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışan Sarvan Cəfərov bu postdan azad olunub.
Beləliklə, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Modern.az-a istinadən işdən çıxarılan eks-nazir müavini Sarvan Cəfərovun dosyesini təqdim edirik:
S.Cəfərov 1985-ci ilin 28 oktyabrında anadan olub.
1992-2003-cü illərdə Bakı şəhərindəki 178 saylı orta məktəbdə təhsil alıb.
2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb. 2007-2008-ci illərdə hərbi xidmətdə olub.
2008-2010-cu illərdə milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb.
2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.
Həmçinin oxuyun
2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.
2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması (MBA) ixtisası üzrə magistr təhsili alıb.
2015-2017-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.
2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı olub.
2018-ci iln aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub.
2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.
2020-ci ilin mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
2020-ci il iyulun 30-da Prezidentin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.
Evlidir, 3 övladı var.
17:05 / 21 Aprel 2026
16
16:55 / 21 Aprel 2026
21
16:42 / 21 Aprel 2026
213
16:36 / 21 Aprel 2026
47
16:24 / 21 Aprel 2026
111
16:23 / 21 Aprel 2026
37
16:21 / 21 Aprel 2026
92
16:07 / 21 Aprel 2026
44
15:57 / 21 Aprel 2026
69
15:51 / 21 Aprel 2026
301
15:47 / 21 Aprel 2026
40
15:37 / 21 Aprel 2026
74
15:31 / 21 Aprel 2026
124
15:26 / 21 Aprel 2026
65
15:12 / 21 Aprel 2026
265
15:10 / 21 Aprel 2026
62
14:56 / 21 Aprel 2026
143
14:53 / 21 Aprel 2026
68
14:51 / 21 Aprel 2026
60
14:47 / 21 Aprel 2026
83
14:42 / 21 Aprel 2026
80
14:37 / 21 Aprel 2026
616
14:33 / 21 Aprel 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.