Nazirliyin əməkdaşı qəfil vəfat etdi
14 Noyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1237
28.01.2026, 11:25
Azərbaycan 34 il əvvəl “Daşaltı” məğlubiyyətindən özünə gəlməmiş növbəti bir dəhşətin şahidi oldu .
Oxu24.com xəbər verir ki, Ağdam-Şuşa maşurutu üzrə hərəkət edən Mi-8 helikopterinin erməniər tərəfindən partladılmasından 34 il keçir. Qarabağda yerləşən erməni işğalçı qüvvələri tərəfindən helikopterimizin Stinger raketi ilə (Amerika istehsalı daşınan zenit-raket kompleksi (DZRK), alçaqdan uçan hava hədəflərinin (təyyarə, helikopter, Pilotsuz uçuş aparatı (PUA)) vurulması üçün nəzərdə tutulur. Bir adam tərəfindən daşınan, çiyinə alınaraq atəş açılan, infraqırmızı və ultrabənövşəyi şüalarla idarə olunan, passiv atəş aç-unut prinsipi ilə işləyən raket sistemidir.) vurulması nəticəsində içərisində uşaq olmaqla 44 nəfər dinc sakin (3-ü ekipaj üzvüdür) terror qurbanına çevrildi.
Bir çox mənbələr iddia edir ki, “Azal” konserninə məxsus 24137 bort nömrəli Mİ-8T vertolyotu vuran “Yer-Hava” tipli həmin raket rulara məxsus olub. Həmin kütləvi qətliamdan 33 il keçməsinə baxmayaraq, bu qanlı cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb.
Dünya aviasiyası tarixində ən böyük mülki vertolyot faciələrindən sayılan bu hadisədən sonra Xocalıda görünməmiş soyqırımı aktı törədildi. Heç şübhəsiz ki, bu cür təxribatçı əməllər Şuşanın müdafiəsini zəiflədir, faktiki işğala şərait yaradırdı. Aradan heç bir ay tam ötmədi ki, ermənilər Xocalıda böyük bir soyqırım gerçəkləşdirdi.
Qeyd edək ki, bu hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini vurması nəticəsində 22 nəfər və 3 nəfər ekipaj üzvü həlak olmuşdu. Helikopterdə həlak olanlar Azərbaycanın bir çox dövlət rəsmiləri, ictimai-siyasi xadimləri idi.
Buna baxmayaraq, Azərbaycan ordusunun 44 günlük haqq savaşı Şuşa səmasında şəhid olan , o 44 nəfərin də qisasını lazımınca aldı.
Əntiqə Rəşid
12:25 / 14 Noyabr 2026
1
12:09 / 14 Noyabr 2026
75
11:58 / 14 Noyabr 2026
82
11:50 / 14 Noyabr 2026
67
11:39 / 14 Noyabr 2026
71
11:32 / 14 Noyabr 2026
79
11:19 / 14 Noyabr 2026
87
11:09 / 14 Noyabr 2026
88
11:00 / 14 Noyabr 2026
102
10:58 / 14 Noyabr 2026
93
10:46 / 14 Noyabr 2026
102
10:36 / 14 Noyabr 2026
94
10:17 / 14 Noyabr 2026
88
09:59 / 14 Noyabr 2026
106
09:46 / 14 Noyabr 2026
114
09:30 / 14 Noyabr 2026
105
09:29 / 14 Noyabr 2026
130
09:23 / 14 Noyabr 2026
176
08:09 / 14 Noyabr 2026
1659
01:15 / 14 Noyabr 2026
184
00:40 / 14 Noyabr 2026
356
00:02 / 14 Noyabr 2026
1308
23:58 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.