Azərbaycanda iki fəsil yoxa çıxır: temperatur kəskin enir – Əbədi qar…
21 Aprel 2026, 22:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
30990
28.01.2026, 11:02
"Əmək pensiyaları” haqqında Qanuna əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması hər il yanvar ayına da şamil olunur. Artıq yanvar ayı üçün pensiyalar tam ödənilib. Bu ay artımların verilməməsi nə ilə bağlıdır və artımlar nə zaman ödəniləcək?
Oxu24.com xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır.
"Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. 2025-cü ilin ilk 11 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı 9.3 faiz artıb. İllik yekunun isə 9.2 faiz olacağı gözlənilir. Dəqiq rəsmi göstərici isə Dövlət Statistika Komitəsi tərəfindən gələn ayın əvvəllərində elan ediləcək.
2025-c ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq".
V.Bayramovun sözlərinə görə, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub:
"Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq",- deyə deputat qeyd edib.
Həmçinin oxuyun
22:24 / 21 Aprel 2026
2
22:12 / 21 Aprel 2026
21
22:04 / 21 Aprel 2026
40
21:48 / 21 Aprel 2026
38
21:36 / 21 Aprel 2026
56
21:27 / 21 Aprel 2026
55
21:13 / 21 Aprel 2026
890
21:08 / 21 Aprel 2026
52
21:05 / 21 Aprel 2026
500
20:49 / 21 Aprel 2026
60
20:22 / 21 Aprel 2026
130
20:10 / 21 Aprel 2026
206
19:59 / 21 Aprel 2026
76
19:48 / 21 Aprel 2026
92
19:31 / 21 Aprel 2026
92
19:13 / 21 Aprel 2026
259
19:03 / 21 Aprel 2026
92
18:38 / 21 Aprel 2026
112
18:19 / 21 Aprel 2026
93
18:05 / 21 Aprel 2026
78
18:00 / 21 Aprel 2026
61
17:55 / 21 Aprel 2026
83
17:30 / 21 Aprel 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.