Qaynar xətt:

(+99450) 247 90 86

Müğənni Roza Zərgərli komaya düşüb - Hazırda vəziyyəti...

2019-10/1571921042_roza.jpg

ŞOU-BİZNES

2007

24.10.2019, 16:43

\"\"  Tanınmış müğənni Roza Zərgərli dərmandan zəhərlənərək komaya düşüb.
Oxu24.com  xəbər verir ki, müğənni hazırda müalicə aldığını açıqlayıb:
“Zəhərlənmişdim. İki gün xəstəxanada yatdım. Mediaya çıxmasını istəmirdim. Hazırda müalicə alıram. Bilirsiniz ki, uzun müddətdir ayağımda ağrılar var. Onları azaltmaq üçün ağrıkəsici həblər qəbul edirdim. Bu il Heydər Əliyev Sarayında səhnə fəaliyyətimin 20 illiyini qeyd edəcəm. İş rejimim çox ağırdır deyə, dərmandan çox istifadə edirəm. Sən demə, o qədər istifadə etmişəm ki, artıq əks-təsir verməyə başlayıb. Dəri zəhərlənməsi verdi, bədənimdə suluqlar əmələ gəldi. Düşünmədim ki, bu, dərmandan irəli gələr. Üç gün ard-arda dərmanı içdim. Məni komaya saldı”. //Axşam.az