Yüksək vəzifəyə təyinat OLDU
07 Aprel 2026, 14:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
622
24.01.2026, 17:00
İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesləri geniş vüsət aldığı bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin gələcəyi əsas müzakirə mövzusudur.
Oxu24.com xəbər verir ki Deputat Elman Məmmədov Modern.az-a bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda Prezidentin sərəncamı ilə xüsusi nümayəndəliklərin yaradılması bu ərazilərə aid əlavə komitə, komissiyanın yaradılmasına, eyni zamanda icra orqanının fəaliyyət göstərməsinə ehtiyac olmadığını göstərir:
Deputat qeyd edib ki, hazırda Qarabağda çox geniş miqyaslı işlər görülür və Prezidentin bu ərazilərə səfərləri həyata keçirilən işlərin real göstəricisidir:
“İnfrastrukturun yaradılması, yaşayış evlərinin və məscidlərin tikintisi, bərpası, iş yerlərinin açılması kimi bütün proseslərə xüsusi nümayəndəliklər nəzarət edir”.
Elman Məmmədovun sözlərinə görə, həm Qarabağda, həm də Şərqi Zəngəzurda əvvəldən mövcud olan icra hakimiyyətləri də fəaliyyət göstərir, lakin bu qurumlar hazırda əsasən fərqli istiqamətlər üzrə işləyirlər:
Həmçinin oxuyun
“İcra hakimiyyətləri bu gün əhalinin hələ Qarabağa köçməmiş hissəsi,- Bakı və digər rayonlarda yaşayan məcburi köçkünlərin problemləri ilə məşğul olur. Onların əsas missiyası Qarabağa köçəcək şəxslərin siyahısının hazırlanması, sosial vəziyyətlərinin öyrənilməsi, kimin daha tez köçəcəyinin müəyyənləşdirilməsidir”.
Deputat vurğulayıb ki, hazırda xüsusi nümayəndəliklər və icra hakimiyyətləri bir-birinin səlahiyyətlərinə müdaxilə etmədən fəaliyyət göstərir. Bununla belə, gələcəkdə idarəetmə modelində dəyişikliklər mümkündür.
“Cənab Prezidentin də qeyd etdiyi kimi, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli daha çevik, operativ və az məmur iştirakını tələb edən bir modeldir. Qarabağa tam köç prosesi başa çatdıqdan sonra həm xüsusi nümayəndəliklərin, həm də icra hakimiyyətlərinin fəaliyyətinin tənzimlənməsi zərurəti yarana bilər. Ola bilsin ki, həmin mərhələdən sonra icra hakimiyyətləri də ləğv edilsin. Bunu zaman göstərəcək”- deyə o sonda vurğulayıb.
15:10 / 07 Aprel 2026
2
15:04 / 07 Aprel 2026
9
14:53 / 07 Aprel 2026
16
14:45 / 07 Aprel 2026
26
14:42 / 07 Aprel 2026
102
14:34 / 07 Aprel 2026
44
14:20 / 07 Aprel 2026
243
14:15 / 07 Aprel 2026
46
14:03 / 07 Aprel 2026
388
14:00 / 07 Aprel 2026
100
13:54 / 07 Aprel 2026
42
13:49 / 07 Aprel 2026
108
13:30 / 07 Aprel 2026
181
13:22 / 07 Aprel 2026
111
13:20 / 07 Aprel 2026
66
13:13 / 07 Aprel 2026
146
13:08 / 07 Aprel 2026
49
12:49 / 07 Aprel 2026
64
12:45 / 07 Aprel 2026
55
12:39 / 07 Aprel 2026
192
12:37 / 07 Aprel 2026
62
12:26 / 07 Aprel 2026
288
12:25 / 07 Aprel 2026
54
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.