5 nəfər qəzada yaralandı
14 Noyabr 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
12912
23.01.2026, 17:17
"Əmək Məcəlləsinə təklif olunan yeni dəyişikliklər artıq Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Bu o deməkdir ki, yaxın mərhələdə dəyişikliklər parlamentin plenar iclasında müzakirə olunacaq, qəbul ediləcəyi təqdirdə isə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək".
Oxu24.com Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, əsas dəyişikliklərdən biri minimum əməkhaqqı ilə bağlıdır:
"Son illərin təcrübəsi göstərir ki, sosial paketlər çərçivəsində minimum əməkhaqqının artırılması daim diqqət mərkəzində olub. İndiyədək icra olunan beş sosial paketdə minimum əməkhaqqının artırılması ilə bağlı qərarlar qəbul edilib. Lakin bu artımlar daha çox siyasi qərarlar və icra mexanizmləri əsasında həyata keçirilirdi.
Yeni dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, minimum əməkhaqqının artırılması artıq qanunvericilik tələbi kimi müəyyənləşdirilir. Yəni qanunda açıq şəkildə qeyd olunacaq ki, minimum əməkhaqqı ildə ən azı bir dəfə nəzərdən keçirilməli və artırılmalıdır. Bu dövrlülük qanunla təsbit edildiyi üçün artıq əlavə qərar və ya sənədlərə ehtiyac qalmayacaq.
Bu yanaşma əmək pensiyaları ilə bağlı mövcud mexanizmə bənzəyir. Məsələn, əmək pensiyalarının indeksləşdirilməsi "Əmək pensiyaları haqqında" qanunun tələbi olduğuna görə hər il avtomatik şəkildə həyata keçirilir. Minimum əməkhaqqı ilə bağlı dəyişiklik də eyni hüquqi məntiqə əsaslanacaq.
Dəyişikliklər qəbul edildikdən sonra hər il minimum əməkhaqqının məbləğinə baxılması, onun dəyişdirilməsi və artırılması qanuni öhdəliyə çevriləcək. Bu isə cəmiyyətdə tez-tez səslənən "minimum əməkhaqqı artacaqmı?" və "pensiyalarda artım olacaqmı?" kimi suallara hüquqi baxımdan aydın cavab vermiş olacaq.
Eyni zamanda minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı bir sıra mühüm meyarlar nəzərə alınacaq. Buraya yaşayış minimumu, inflyasiya səviyyəsi və əhalinin əsas zəruri xərcləri daxildir. Məqsəd ondan ibarətdir ki, minimum əməkhaqqı alan vətəndaşın gəliri onun əsas yaşayış xərclərini qarşılamaq imkanına malik olsun.
Bu dəyişiklik minimum əməkhaqqı artımlarının davamlılığını təmin edəcək, artan qiymətlər fonunda vətəndaşların xərclərinin kompensasiya olunmasına xidmət edəcək. Nəticə etibarilə, bu yanaşma sosial baxımdan müsbət və vacib bir addım hesab olunur və minimum əməkhaqqının artırılmasının davamlı hüquqi mexanizmini formalaşdıracaq".
15:07 / 14 Noyabr 2026
1
15:05 / 14 Noyabr 2026
14
14:44 / 14 Noyabr 2026
74
14:31 / 14 Noyabr 2026
68
14:24 / 14 Noyabr 2026
175
14:19 / 14 Noyabr 2026
79
14:15 / 14 Noyabr 2026
77
14:09 / 14 Noyabr 2026
187
13:50 / 14 Noyabr 2026
1555
13:48 / 14 Noyabr 2026
107
13:16 / 14 Noyabr 2026
106
13:03 / 14 Noyabr 2026
99
12:49 / 14 Noyabr 2026
125
12:25 / 14 Noyabr 2026
114
12:09 / 14 Noyabr 2026
127
11:58 / 14 Noyabr 2026
125
11:50 / 14 Noyabr 2026
108
11:39 / 14 Noyabr 2026
105
11:32 / 14 Noyabr 2026
115
11:19 / 14 Noyabr 2026
129
11:09 / 14 Noyabr 2026
121
11:00 / 14 Noyabr 2026
141
10:58 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.