Süni intellekt müharibənin qaydalarını dəyişir
14 Noyabr 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1357
24.01.2026, 17:40
Bu günlərdə Dövlət Statistika Komitəsi məlumat yayıb ki, ötən il ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44 min 996 nikah və 18 min 832 boşanma halları qeydə alınıb.Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.
Boşanmaların Azərbaycanda rekord çatmasnın səbəbləri ilə bağlı tanınmış sosioloq Elçin Bayramlı Oxu24.com-a danışıb.
O bildirib ki, son dövrlərdə bu tendensiya tək Azərbaycanda deyil, bütün dünyada sürətlə genişlənir.Dünya ölkələrində də boşanmaların artması əslində yeni dövrün yeni əsrin reallığıdır.
Sosioloq sosial bəlaların, müxtəlif pis vərdişlərin nikahların azalmasında, boşanmaların sürətlə artmasında böyük təsiri var:
"Bununla bağlı bir çox ölkələr müxtəlif təyinatlı sosial dəstək layihələri həyata keçirir. Bura evliliklərin təşviqi daxildir, mənəvi-psixoloji təbliğat, ailə dəyərlərinin təbliğ olunması, ikinci tərəfdən də, sosial – iqtisadi dəstək paketləri . Yəni yeni ailə quranlara xüsusi dövlət yardımları, uşaq pulu formasında , çoxuşaqlılığa görə ödənişlər ,müxtəlif güzəştlər olmalıdır. Ailəli şəxslərin işlə bağlı müraciətlərinə əsasən, onların müxtəlif sahələrdə işlə təmin olunması, mənzil alınmasına kömək və ya güzəştli yardım da bu paketlərə daxil olmalıdır.
Bir də var, maddi cəhətdən problemi olmayan gənclərin evlənmək istəməməsi, şüurun, psixologiyanın mənfi istiqamətdə dəyişməsini gerçəkləşdirir. Gənc nəsil eqoistləşib, ancaq öz həyatını , kef və əyləncəsini düşünür. Yüngül həyat tərzi, onların ailə məsuliyyətinin , ailə dəyərlərinin deqredasiyaya uğradığını ortaya qoyur. Bu da nigahların azalmasına bir səbəbdir. Problemin qarşısını almaq üçün həm dövlət, həm də cəmiyyət mübarizə aparmalıdır.
Sadaladığımız hər iki istiqamətdə gənclərə , gənc ailələrə də dəstək olmaq lazımdır. İstər mənəvi, istər maddi yöndən, bu çox vacibdir.
Artıq bizim ölkəmizdə də bu yöndə işlər görülməyə başlayıb, tendensiya başlayıb. Yaxşı olar ki, böyük bir dövlət proqramı hazırlansın, mənəvi dəyərlərin təbliği bu proqramlarda öz yerini tutsun. Çünki, mənəvi dəyərlər üzərində qurulan ailələrda bağlar möhkəm olur, belə ailələrdə 1 deyil, bir neçə uşağa üstünlük vermə tendensiyası da genişlənə bilər”- deyə sosioloq vurğulayıb.
Əntiqə Rəşid
14:31 / 14 Noyabr 2026
41
14:24 / 14 Noyabr 2026
77
14:19 / 14 Noyabr 2026
66
14:15 / 14 Noyabr 2026
66
14:09 / 14 Noyabr 2026
151
13:50 / 14 Noyabr 2026
1111
13:48 / 14 Noyabr 2026
99
13:16 / 14 Noyabr 2026
96
13:03 / 14 Noyabr 2026
94
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
109
12:09 / 14 Noyabr 2026
123
11:58 / 14 Noyabr 2026
120
11:50 / 14 Noyabr 2026
103
11:39 / 14 Noyabr 2026
102
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
125
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
136
10:36 / 14 Noyabr 2026
133
10:17 / 14 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.