Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1488
24.01.2026, 12:30
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Euronews” televiziyasına son müsahibəsində Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz mövqeyinə yenidən baxacağına ümid etdiyini bildirib.
“Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”, -dövlət başçısı vurğulayıb.
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a açıqlamasında bildirib ki, Avropa Parlamentinin siyasi korrupsiyalaşmış deputat şəbəkəsindən ibarət olması sirr deyil.
Onun sözlərinə görə, xüsusilə Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsindən sonra bu şəbəkə ölkəmizə qarşı qarayaxma kampaniyasını aktivləşdirib:
“Avropa Parlamentində “Dağlıq Qarabağda erməni mədəni irsinin məhv olunmasına dair” 10 mart 2022-ci il, “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana qarşı təhdidlərinə dair” 5 oktyabr 2023-cü il, “Azərbaycanda insan hüquqları və Ermənistanla münasibətlərə dair” 24 oktyabr 2024-cü il tarixli, “Erməni əsilli şəxslərlə bağlı saxta məhkəmələrə dair” 13 mart 2025-ci il tarixli, “Azərbaycanda insan hüquqları və siyasi məhbuslara dair” 18 dekabr 2025-ci il tarixli qətnamələr, verilən bəyanatların hər birində ölkəmiz əleyhinə çox saylı qərəzli məlumatlar və açıq çağırışlar yer almaqda idi.
Bu baxımdan Avropa Parlamentinin 5 oktyabr 2023-cü il tarixli qətnaməsi xüsusi sərtliyi, Azərbaycana qarşı sanksiya çağırışını ifadə etməsi, Aİ ilə Azərbaycan arasında enerji-iqtisadi əlaqələrə yenidən baxılması tələbini irəli sürməsi ilə seçilirdi. Lakin müvafiq çağırışların Avropanın siyasi qərarlarının icraedici orqanı olan Avropa Komissiyasında belə keçərliliyi yoxdur. Düzdür ki, ölkəmizin AŞ PA-da fəaliyyəti 2024-cü ilin yanvarından etibarən dondurulub, lakin 2024 və 2025-ci illərdə Aİ ilə enerji əməkdaşlığı 2022-ci ildəki enerji sahəsində strateji tərəfdaşlıq sazişindən irəli gələrək artmağa davam edib. Avropa Azərbaycandan qaz tədarükünü daha da artırıb, yaşıl enerji sahəsində yeni əməkdaşlıqlar yaranıb, Azərbaycan gələcəkdə Avropanı yaşıl enerji ilə təmin edəcək “Yaşıl Enerji Dəhlizi” sazişini imzalayıb. Trans-Xəzər layihələri bu baxımdan Avropanın enerji təhlükəsizliyinin və nəqliyyat-logistika imkanlarının daha da artırılmasında xüsusilə əhəmiyyətlidir. Beləliklə, Avropa ilə artan iqtisadi-enerji əməkdaşlığı qarşıdakı dövr üçün yeni perspektivləri, o cümlədən siyasi dialoqun inkişafını, humanitar sahədə əməkdaşlığın artmasını vəd edir”.
Ş.Cəlilzadənin fikrincə, Avropa Parlamentinin mövqeyində dəyişiklik daha çox siyasi-ideoloji məsələdir:
“Bu baxımdan Cənubi Qafqazda sülhün tam təmin olunması təşviqedici amil ola bilər. Odur ki, cənab Prezidentin Davos forumunda “Euronews” kanalına müsahibəsində Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz mövqeyinə son verməsinə dair çağırışını regional sülh kontekstində təqdim etməsi diqqətəlayiqdir. Azərbaycanın siyasi iradəsi ilə regionumuzda formalaşan yeni sülh dövründə Qərblə əməkdaşlığın dərinləşməsi kifayət qədər realdır və bu kontekstdə Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri də ölkəmizə qarşı ədalətsiz mövqeyə son verməsi şərtilə yeni mərhələyə adlaya bilər”. (Musavat.com)
14:44 / 14 Noyabr 2026
24
14:31 / 14 Noyabr 2026
49
14:24 / 14 Noyabr 2026
90
14:19 / 14 Noyabr 2026
71
14:15 / 14 Noyabr 2026
69
14:09 / 14 Noyabr 2026
163
13:50 / 14 Noyabr 2026
1243
13:48 / 14 Noyabr 2026
102
13:16 / 14 Noyabr 2026
99
13:03 / 14 Noyabr 2026
97
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
111
12:09 / 14 Noyabr 2026
124
11:58 / 14 Noyabr 2026
121
11:50 / 14 Noyabr 2026
105
11:39 / 14 Noyabr 2026
103
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
126
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.