Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
901
24.01.2026, 09:26
ABŞ-nin böyük bir hissəsində qarşıdakı günlərdə güclü qar yağışı və kəskin soyuqların müşahidə ediləcəyi proqnozlaşdırılır.
Oxu24.com xəbər verir ki, ABŞ Milli Hava Xidməti (NWS) ölkənin yarıdan çoxunun “donma temperaturu”nun təsiri altına düşəcəyi barədə xəbərdarlıq edib.
Rəsmi açıqlamada Texasın şərqindən cənub bölgələrinə qədər uzanan geniş ərazidə “iflicedici buz fırtınası” gözlənildiyi bildirilib. “Tarixi” kimi qiymətləndirilən qarlı və fırtınalı havanın ölkənin mərkəzindən başlayaraq şərq istiqamətində irəliləyəcəyi, genişmiqyaslı buzlaşma və təhlükəli soyuqlar yaradacağı vurğulanıb.
Proqnozlara görə, ölkənin şimal bölgələrində qarın qalınlığı təxminən 30 santimetrə çata bilər. Texas və Virciniya da daxil olmaqla, cənub ştatlarında da qar yağacağı gözlənilir. Mütəxəssislər bazar gününə qədər təxminən 172 milyon insanın bu əlverişsiz hava şəraitini təsirinə məruz ala biləcəyini bildirirlər.
Hava proqnozlarına əsasən, bəzi bölgələrdə temperaturun -45 dərəcəyədək düşməsi ehtimal olunur. Güclü küləklərin genişmiqyaslı buzlaşmaya, uzunmüddətli elektrik kəsintilərinə və təhlükəli səyahət şəraitinə səbəb ola biləcəyi qeyd edilir. Rəsmilər xüsusilə fırtına və qarın güclü olduğu ərazilərdə yaşayanları ehtiyatlı olmağa çağırırlar.
Hakimiyyət orqanlarının evdə qalmaq çağırışlarına baxmayaraq, bir çox amerikalı ticarət mərkəzlərinə axın edib. Xüsusilə Nyu-York və Nyu-Cersi ətrafındakı supermarketlərdə su, çörək və makaron kimi əsas ərzaq məhsulları sürətlə tükənib.
Hava şəraiti ilə əlaqədar 10-dan çox ştatda fövqəladə vəziyyət elan edilib, məktəblər bağlanıb. Böyük supermarket şəbəkələri ərzaqla yanaşı, batareya və yorğan kimi vacib məhsulların çatışmazlığının qarşısını almaq üçün əlavə tədbirlər gördüklərini açıqlayıblar.
Bu arada, Nyu-York və Nyu-Cersi Liman İdarəsi (PANYNJ) Con F.Kennedi, Nyuark Liberti və LaQuardia beynəlxalq hava limanlarında qar fırtınası ilə əlaqədar təcili əməliyyat mərkəzlərinin yaradıldığını bildirib. Sərnişinlərə mümkün uçuş ləğvləri ilə bağlı uçuş statuslarını mütəmadi yoxlamaları tövsiyə olunub.
qafqazinfo
14:44 / 14 Noyabr 2026
49
14:31 / 14 Noyabr 2026
54
14:24 / 14 Noyabr 2026
130
14:19 / 14 Noyabr 2026
75
14:15 / 14 Noyabr 2026
71
14:09 / 14 Noyabr 2026
174
13:50 / 14 Noyabr 2026
1391
13:48 / 14 Noyabr 2026
104
13:16 / 14 Noyabr 2026
100
13:03 / 14 Noyabr 2026
98
12:49 / 14 Noyabr 2026
122
12:25 / 14 Noyabr 2026
113
12:09 / 14 Noyabr 2026
125
11:58 / 14 Noyabr 2026
122
11:50 / 14 Noyabr 2026
107
11:39 / 14 Noyabr 2026
104
11:32 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
128
11:09 / 14 Noyabr 2026
120
11:00 / 14 Noyabr 2026
139
10:58 / 14 Noyabr 2026
125
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.