İran Hörmüz boğazında rüsum tələb edir – Azərbaycan üçün təsirlər varmı?
03 Aprel 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
17656
24.01.2026, 12:28
Son illər Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ön plana çıxır. Pensiya və sosial ödənişlərin mərhələli şəkildə artırılması, əhalinin həssas təbəqələrinin rifahının yaxşılaşdırılması və məşğulluğun genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Milli Məclisin əmək və sosial siyasət komitəsində keçirilən iclasda səsləndirilən yeni rəqəmlər də sosial xərclərin artan payını və 2026-cı il üçün nəzərdə tutulan əsas hədəfləri aydın şəkildə ortaya qoyur.
Bu barədə iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlama verib.
O bildirib ki, yaşa görə pensiyaların 53 manat artırılması rəqəmlərlə baxdıqda kifayət qədər aydın mənzərə yaradır:
“Hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 576 manatdırsa, 53 manatlıq artımdan sonra bu göstərici 629 manata yüksəlir. Bu, nominal ifadədə təxminən 9,2 faiz artım deməkdir. Bu artım aşağı pensiya alanlar üçün daha hiss olunan olacaq. Məsələn, 400 manat pensiya alan bir şəxs üçün 53 manat artım aylıq gəlirin əhəmiyyətli hissəsini təşkil edir və gündəlik xərclərin ərzaq, dərman, kommunal ödənişlərin qismən yüngülləşməsinə imkan yaradır. Lakin 800–900 manat civarında pensiya alanlar üçün bu artımın təsiri nisbətən zəif hiss olunacaq”.
Həmçinin oxuyun
O deyib ki, artımı real qiymətləndirmək üçün inflyasiya amilini də nəzərə almaq lazımdır:
“Əgər illik inflyasiya 6-8 faiz civarındadırsa, 53 manatlıq artım pensiyaçıların alıcılıq qabiliyyətini tam artırmır, daha çox qiymət artımlarının yaratdığı itkiləri kompensasiya edir. Yəni bu addım rifahı kəskin yüksəltmir, mövcud vəziyyəti qorumağa yönəlib. Yaşa görə pensiya alanların sayını nəzərə aldıqda, bu artım dövlət üçün hər ay milyonlarla manat əlavə xərc deməkdir. Bu səbəbdən belə qərarların davamlı olması üçün pensiya artımları iqtisadi artım, məşğulluğun genişlənməsi və sosial sığorta daxilolmaları ilə paralel aparılmalıdır”.
Sadə dildə desək, bu dəyişiklik ilk növbədə inflyasiya qarşısında müdafiə mexanizmidir. Xüsusilə minimal və ya orta məbləğdə pensiya alan şəxslər üçün bu 53 manatlıq artım, ay sonunda büdcədə yaranan kəsiri bağlamaq, bir neçə zəruri dərmanı və ya bir həftəlik ərzaq ehtiyacını qarşılamaq imkanı deməkdir.
16:34 / 03 Aprel 2026
1
16:32 / 03 Aprel 2026
16
16:18 / 03 Aprel 2026
225
16:10 / 03 Aprel 2026
53
16:04 / 03 Aprel 2026
46
16:04 / 03 Aprel 2026
256
15:58 / 03 Aprel 2026
53
15:55 / 03 Aprel 2026
32
15:39 / 03 Aprel 2026
938
15:37 / 03 Aprel 2026
56
15:34 / 03 Aprel 2026
45
15:32 / 03 Aprel 2026
42
15:28 / 03 Aprel 2026
51
15:21 / 03 Aprel 2026
113
15:02 / 03 Aprel 2026
63
15:00 / 03 Aprel 2026
56
14:45 / 03 Aprel 2026
1869
14:43 / 03 Aprel 2026
53
14:27 / 03 Aprel 2026
172
14:20 / 03 Aprel 2026
193
14:14 / 03 Aprel 2026
52
13:58 / 03 Aprel 2026
73
13:57 / 03 Aprel 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.