Süni intellekt müharibənin qaydalarını dəyişir
14 Noyabr 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
818
24.01.2026, 12:33
Bakı şəhəri, yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri - legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur.
Oxu24.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ana Vətən Partiyasının sədrliyinə namizəd Elçin Ağamalı bildirib.
O qeyd edib ki, bu gün keçirilən qurultay qeyri-legitimdir və çoxsaylı hüquq pozuntuları ilə keçirilir:“Ana Vətən Partiyasının 25 oktyabr 2025-ci ildə keçirilən qurultayından sonra Ədliyyə Nazirliyinə etdiyi müraciətə Nazirlik tərəfindən qurultayın gedişatının mübahisəli olmasını əsas gətirərək müsbət cavab verməyib. Şəxsimə qarşı olan haqsız münasibətlə barışaraq, geri addım atmaq barədə düşüncələrim olub və bu fikri müəyyən məqamda səsləndirmişəm də. Ancaq qurultaydan sonra partiyada gedən proseslər məni bu fikrimdən daşındırıb. Belə ki, qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon (şəhər) təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar əsassız iddialarla və bir çox hallarda isə heç bir səbəb göstərilmədən partiya sıralarından və partiya vəzifələrindən xaric olunublar. Bu isə partiyanın mövcud yerli təşkilatlarının 4/3-ü deməkdir. Qərarlar qeyri-legitim partiya strukturlarının adından verilib və ardından daha çox sayda qanunsuz qərarların qəbul olunması ilə nəticələnib. Nizamnamə maddələrinin bütün mümkün müddəalarının pozuntusu ilə müşayət olunan növbəti qurultay hazırda partiyanın yerləşdiyi binanın akt zalında gizli şəkildə keçirilməkdədir. Bakı şəhəri və yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur”.
Elçin Ağamalı partiyasının rayon təşkilatlarının sədrlərinin məhkəməyə müraciət edəcəklərini bildirib.
"Rayon təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması və qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğv olunması məqsədilə məhkəməyə müraciət ediblər və onların bundan sonra müdafiə olunması mənim üçün artıq bir vicdan məsələsidir. Məhkəmə prosesinin gedişi barədə mətbuata mütamadi açıqlamalar veriləcək” - deyə o sonda qeyd edib.
14:44 / 14 Noyabr 2026
24
14:31 / 14 Noyabr 2026
49
14:24 / 14 Noyabr 2026
90
14:19 / 14 Noyabr 2026
71
14:15 / 14 Noyabr 2026
69
14:09 / 14 Noyabr 2026
163
13:50 / 14 Noyabr 2026
1243
13:48 / 14 Noyabr 2026
102
13:16 / 14 Noyabr 2026
99
13:03 / 14 Noyabr 2026
97
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
111
12:09 / 14 Noyabr 2026
124
11:58 / 14 Noyabr 2026
121
11:50 / 14 Noyabr 2026
105
11:39 / 14 Noyabr 2026
103
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
126
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.