Yüksək vəzifəyə təyinat OLDU
07 Aprel 2026, 14:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1653
24.01.2026, 15:09
Qəlbində “Qaxac Qalasını Ermənistana aparan” rus: Kolatağlı Sergey Oqoltsov
Artıq bir neçə gündür ki, Azərbaycan Qarabağda yaşayan 10 ermənini və 1 etnik rusu Ermənistana təhvil verib və o rusun kimliyi müzakirələrə səbəb olub.
Oxu24.com xəbər verir ki, həmin şəxs Qarabağa 1987-ci ildə köçən rus əsilli Ermənistan vətəndaşıdır.
Ermənistanda yazıçı kimi tanınan Sergey Oqoltsov Ağdərə rayonunun Kolatağ kəndində məskunlaşıb .
Oqoltsov Ermənistana dönəndən sonra jurnalistlərə açıqlamalar verib .
O,deyib ki, Ermənistana ürəyində Kaçaqakaberdi, əlində isə yalnız gitara və yeni yazılmış kitab gətirib.
Həmçinin oxuyun
Yeri gəlmişkən 35 ildən çoxdur ermənilərin içərisində yaşayaraq, tam onlar kimi düşünən , onlar kimi danışan Oqoltsovun ürəyində Ermənistana apardığı “Kaçaqakaberd” Azərbaycanın qədim qəhrəmanlıq qalasıdır.
Ağdərə rayonunun Kolatağ və Xocalı rayonunun Almalı kəndləri arasında yerləşən- Qaxaçdağın zirvəzində yerləşən qalanın əsl adı Qaxaç qalasıdır. Tarixi-memarlıq abidəsi IX əsrdə tikilib və bu qalanın nə erməniyə, nə də rusa heç bir əlaqəsi yoxdu.
Erməni beyinli rusdan təəssüratların soruşan jurnalistlərə o belə deyir:”Həm blokada, həm də müharibə günlərində çətin idi, amma ən ağrılısı İrəvana gedən sonuncu avtobusu yola saldıqdan sonra başladı. O avtobusda həyat yoldaşımı yola salmışdım və boş şəhərdə gəzirdim. Xankəndi (yazıçı qondarma adı deyir- ƏR) ruh kimi görünürdü.Bura artıq boş şəhər kimi yaddaşımda əbədi olaraq həkk olundu. Sonra, əlbəttə ki, insanlar peyda oldu, amma şəhər mənim üçün dolmadı. Bir film var, elə deyilmi? “İki nəfərlik stansiya”. Stepanakert (Red-Xankəndi )də tək bir ruhun şəhərinə çevrilmişdi”- deyib.
Oqoltsov axırda deyib ki, dərdimi kitab yazmaqla anladacağam.
P.S. Ataların gözünə dönüm, deyir iti itin, atı, atın yanına bağlasan , həm rəng olmasa da, həm xasiyyət olar. Ermənini anladıq də, 1828-ci ildə Qarabağa köçürülüb orada Azərbaycan torpaqlarında yuva qurub, azərbaycanlılarla, dost-yoldaş olub, ermənilər zingildəsə onları anlamaq olar. Axı, 1987-ci ildə Qarabağa gəlib, məskunlaşmış bir rus niyə Ermənistana qəlbində Qaxac Qalasını aparsın. Vallah bu heç dəlinin də məntiqinə uyğun deyil.
Əntiqə Rəşid
15:10 / 07 Aprel 2026
2
15:04 / 07 Aprel 2026
9
14:53 / 07 Aprel 2026
16
14:45 / 07 Aprel 2026
26
14:42 / 07 Aprel 2026
102
14:34 / 07 Aprel 2026
44
14:20 / 07 Aprel 2026
243
14:15 / 07 Aprel 2026
46
14:03 / 07 Aprel 2026
388
14:00 / 07 Aprel 2026
100
13:54 / 07 Aprel 2026
42
13:49 / 07 Aprel 2026
108
13:30 / 07 Aprel 2026
181
13:22 / 07 Aprel 2026
111
13:20 / 07 Aprel 2026
66
13:13 / 07 Aprel 2026
146
13:08 / 07 Aprel 2026
49
12:49 / 07 Aprel 2026
64
12:45 / 07 Aprel 2026
55
12:39 / 07 Aprel 2026
192
12:37 / 07 Aprel 2026
62
12:26 / 07 Aprel 2026
288
12:25 / 07 Aprel 2026
54
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.