SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
860
07.01.2020, 13:37
Azərbaycanda yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev vəfat edib.
Oxu24.com xəbər verir ki, B.Tağıyev bu gün 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olub.
O, 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olub, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi.
B.Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
Fizik alim tərəfindən müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105 V/sm) elektrik keçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilib.
Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilib, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanıb.
Həmçinin oxuyun
Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınıb, Bakı "Azərelektrik işıq” İstehsalat Birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunub.
Akademik B.Tağıyev elm və təhsil sahəsindəki fəaliyyətinə görə, "Şərəf nişanı”, "Şərəfli əməyə görə” medalı, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülüb.
Allah rəhmət eləsin!

21:56 / 30 Yanvar 2026
11
21:56 / 30 Yanvar 2026
9
21:54 / 30 Yanvar 2026
34
21:52 / 30 Yanvar 2026
16
21:51 / 30 Yanvar 2026
13
21:50 / 30 Yanvar 2026
35
21:41 / 30 Yanvar 2026
22
21:37 / 30 Yanvar 2026
25
21:35 / 30 Yanvar 2026
21
21:23 / 30 Yanvar 2026
32
21:10 / 30 Yanvar 2026
32
21:00 / 30 Yanvar 2026
23
20:58 / 30 Yanvar 2026
68
20:49 / 30 Yanvar 2026
115
20:31 / 30 Yanvar 2026
65
20:10 / 30 Yanvar 2026
60
20:07 / 30 Yanvar 2026
1197
19:58 / 30 Yanvar 2026
242
19:43 / 30 Yanvar 2026
105
19:31 / 30 Yanvar 2026
182
19:20 / 30 Yanvar 2026
64
19:09 / 30 Yanvar 2026
86
19:05 / 30 Yanvar 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.