ŞAD XƏBƏR - Bu işçilərə 13 və 14-cü maaş veriləcək
14 Noyabr 2026, 10:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
802
30.01.2026, 21:37
Bir çox hallarda insanların baş ağrısı, mədə ağrısı və digər ağrılar səbəbindən qiyməti elə də baha olmayan ağrıkəsici dərmanlar qəbul etdiklərini görürük.
Bəs bu ağrıkəsicilərin qəbulu sağlamlıq üçün təhlükə yarada bilərmi?
Oxu24.com-a danışan həkim-terapevt Şahvələd Məmmədov bildirdi ki, baş ağrısı 50-dən çox xəstəliyin əlamətidir.
Onun sözlərinə görə, baş ağrısı üçün ağrıkəsici qəbulu müalicə demək deyil:
"Bəzən insanlar özlərinə ilk yardım etmək istəyirlər, bu, ayrı məsələdir. Əslində bu da düzgün deyil. Əsasən xanımlarda 40 yaşa qədər, bəzən isə 45–50 yaşa kimi uzun müddət davam edən miqren ağrıları olur. Bu miqren ağrılarını adi ağrıkəsicilərlə dayandırmaq mümkün olmur. Yəni onların özünəməxsus xüsusi dərmanları var. Əhalinin böyük əksəriyyəti allergik olduğuna görə, ağrıkəsicilər kəskin allergik reaksiyalara səbəb ola, anafilaktik şok və digər problemlərə gətirib çıxara bilər".
Həkim qeyd etdi ki, bəzi hallarda mədə ağrısı zamanı Tempalgin, Pentalgin və Sitramon qəbul edilir.
"Belə bir şey yoxdur. Mədə ağrısında ağrıkəsici dərman qəbul etmək düzgün deyil. Mədə ağrısında turşuluğu normallaşdıran və ya spazmolitik dərmanlar qəbul olunmalıdır. Əslində, həkim məsləhəti olmadan bu dərmanların qəbulu müxtəlif fəsadlara gətirib çıxara bilər. Kifayət qədər ağrıkəsici qəbul edilməsi qaraciyərə toksiki təsir göstərdiyinə görə məsləhət deyil. Ağrıkəsicilərin davamlı qəbulu mədədə yara və xoraların əmələ gəlməsinə səbəb olur. Həkim məsləhəti olmadan ağrıkəsicilərin qəbulu uyğun deyil", - deyə Şahvələd Məmmədov vurğuladı.
10:46 / 14 Noyabr 2026
17
10:36 / 14 Noyabr 2026
42
10:17 / 14 Noyabr 2026
39
09:59 / 14 Noyabr 2026
75
09:46 / 14 Noyabr 2026
82
09:30 / 14 Noyabr 2026
75
09:29 / 14 Noyabr 2026
105
09:23 / 14 Noyabr 2026
99
08:09 / 14 Noyabr 2026
1352
01:15 / 14 Noyabr 2026
164
00:40 / 14 Noyabr 2026
315
00:02 / 14 Noyabr 2026
1213
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
171
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
161
23:17 / 13 Noyabr 2026
432
23:09 / 13 Noyabr 2026
189
23:05 / 13 Noyabr 2026
154
23:02 / 13 Noyabr 2026
344
22:53 / 13 Noyabr 2026
167
22:49 / 13 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.