ŞAD XƏBƏR - Bu işçilərə 13 və 14-cü maaş veriləcək
14 Noyabr 2026, 10:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
836
30.01.2026, 18:53
Bir çox insan qış aylarında əllərinin üstündə və bədənin müxtəlif nahiyələrində yaranan pulcuqlanma və qaşınmalardan narahat olduğunu bildirir.
Bəs buna səbəb nədir?
Oxu24.com mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında dermatoloq Tünzalə Feyziyeva bildirdi ki, qış aylarında havanın rütubətinin azalması, dərinin nəm balansının itirilməsi, yəni nəm balansının pozulması dəridə quruluq, qaşınma və çatlamalara səbəb ola bilər:
"Bundan əlavə, çox isti suyla yuyunmaq, eyni zamanda isidici vasitələrin, kombilərin və s. evlərdə, otaqlarda havanın rütubətini azaltması da buna səbəb ola bilər. Eyni zamanda, qışda maye qəbulunun, daxilə qəbul olunan mayenin azalması və dəridə baş verən yenə də nəmin itirilməsi, dəri baryerinin pozulması bütün bu əlamətlərə gətirib çıxara bilər. Nəticədə dərinin səthi qabıqlanır, pulcuqlanır, qaşınır və çatlar əmələ gəlir. Yanaşı olaraq, mütləq şəkildə ekzeması, seboreik dermatiti və atopik dermatiti olan xəstələrdə hansı ki, dəri baryeri pozulmuşdur, bu tipli əlamətlər qış dövründə havaların soyuması zamanı artır. Bu da dəri baryerinin pozulması ilə əlaqədardır".
Müsahibimizin sözlərinə görə, bütün bunların qarşısını almaq üçün mütləq şəkildə dəri baryeri bərpa olunmalıdır:
"Bol-bol nəmləndirici kremlərdən istifadə olunmalıdır və daxildən bol maye qəbulu tövsiyə olunur ki, dərinin nəm balansı bərpa olunsun. Eyni zamanda, daxildən bəzi vitamin çatışmazlıqları, vitamin komplekslərinin qəbulu da məsləhətdir. Məsələn, A, E, D vitamini və omeqa-3 kimi qida əlavələrinin qəbulu məsləhətdir ki, dəri baryeri bərpa olunsun və dəridə olan quruluq aradan götürülsün. Əgər qaşınma çox olarsa, quruluqdan əlavə yenə də qaşınma davam edərsə, bu zaman dermatoloqa müraciət etməklə dermatoloji müalicə almaq da tövsiyə olunur".
10:46 / 14 Noyabr 2026
17
10:36 / 14 Noyabr 2026
42
10:17 / 14 Noyabr 2026
39
09:59 / 14 Noyabr 2026
75
09:46 / 14 Noyabr 2026
82
09:30 / 14 Noyabr 2026
75
09:29 / 14 Noyabr 2026
105
09:23 / 14 Noyabr 2026
99
08:09 / 14 Noyabr 2026
1352
01:15 / 14 Noyabr 2026
164
00:40 / 14 Noyabr 2026
315
00:02 / 14 Noyabr 2026
1213
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
171
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
161
23:17 / 13 Noyabr 2026
432
23:09 / 13 Noyabr 2026
189
23:05 / 13 Noyabr 2026
154
23:02 / 13 Noyabr 2026
344
22:53 / 13 Noyabr 2026
167
22:49 / 13 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.