Neftin qiyməti dəyişdi
13 Noyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
877
30.01.2026, 18:14
İranla İsrail arasında 2025-ci ilin yayında baş verən və 12 gün davam edən müharibə fonunda qlobal neft bazarında ciddi qiymət artımı müşahidə olunmadı. Halbuki regionun geosiyasi baxımdan həssas olması neft qiymətlərində kəskin bahalaşma gözləntilərini artırmışdı. Bu baxımdan, mümkün ABŞ-İran qarşıdurması halında neft qiymətlərinin necə dəyişəcəyi sual doğurur.
Oxu24.com mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov İran-İsrail müharibəsinin neft qiymətlərinə ciddi təsir göstərməməsinin bir neçə əsas səbəbinin olduğunu bildirib:
“Qiymətlərdə qısa müddətli sıçrayışlar müşahidə olunsa da, kəskin bahalaşma baş vermədi və artımlar daha çox lokal xarakter daşıdı. Bunun əsas səbəblərindən biri müharibənin qısa müddət davam etməsi idi. Eyni zamanda enerji infrastrukturu ciddi zərər görmədi. Ən önəmli məqam isə ondan ibarətdir ki, müharibə dövründə Hörmüz boğazı bağlanmadı".
Ekspert hesab edir ki, əgər yenidən müharibə baş versə və Hörmuz boğazı bağlansa, o halda neft qiymətləri 100 dolları keçəcək:
"Bu boğazın strateji əhəmiyyəti ondan ibarətdir ki, dünya neft ticarətinin təxminən 20 faizi məhz bu marşrut vasitəsilə həyata keçirilir. Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirərək Hind okeanına çıxışı təmin edir. Boğazın dar olması yük keçiriciliyini məhdudlaşdırsa da, gün ərzində 18-20 milyon barrel neft bu marşrutla daşınır. Əgər boğaz bağlanarsa, neftin qiyməti 100-140 dollar aralığına qədər yüksələ bilər. ABŞ ilə İran arasında genişmiqyaslı müharibə başlayarsa, nəqliyyat və enerji infrastrukturu zərər görərsə, eyni zamanda Hörmüz boğazı bağlanarsa, bu, neft qiymətlərinə çox ciddi təsir göstərə bilər”.
Qeyd edək ki, beynəlxalq neft bazarında qiymətlər əsasən geosiyasi risklər, nəqliyyat marşrutlarının təhlükəsizliyi və böyük istehsalçı ölkələrin qərarlarından birbaşa asılıdır.
10:46 / 14 Noyabr 2026
17
10:36 / 14 Noyabr 2026
42
10:17 / 14 Noyabr 2026
39
09:59 / 14 Noyabr 2026
75
09:46 / 14 Noyabr 2026
82
09:30 / 14 Noyabr 2026
75
09:29 / 14 Noyabr 2026
105
09:23 / 14 Noyabr 2026
99
08:09 / 14 Noyabr 2026
1352
01:15 / 14 Noyabr 2026
164
00:40 / 14 Noyabr 2026
315
00:02 / 14 Noyabr 2026
1213
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
171
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
161
23:17 / 13 Noyabr 2026
432
23:09 / 13 Noyabr 2026
189
23:05 / 13 Noyabr 2026
154
23:02 / 13 Noyabr 2026
344
22:53 / 13 Noyabr 2026
167
22:49 / 13 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.