Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
729
30.01.2026, 21:35
Payız və qış mövsümündə tənəffüs yolları xəstəlikləri, xüsusilə bronxitlə bağlı müraciətlər xeyli artır. Bir çox hallarda xəstələr öskürək və nəfəs darlığı ilə üzləşən kimi antibiotik qəbuluna başlayır. Halbuki mütəxəssislər xəbərdarlıq edir: bronxit hər zaman antibiotiklə müalicə edilmir və yanlış dərman seçimi xəstəliyin gedişini ağırlaşdıra bilər.
Tibbi yanaşma: bronxit necə müalicə olunur?
Bronxit bronxların iltihabı ilə xarakterizə olunan xəstəlikdir və əksər hallarda virus mənşəli olur. Məhz buna görə də klassik bronxit zamanı antibiotiklərin effektivliyi olmur. Antibiotiklər yalnız bakterial infeksiya sübut edildikdə və ya ağırlaşma riski yarandıqda təyin edilir.
Mütəxəssislərin fikrincə, bronxitin ən təsirli və təhlükəsiz müalicə üsullarından biri inqalyasiyadır. İnhalyasiya zamanı dərman və ya buxar birbaşa tənəffüs yollarına çataraq bronxların selikli qişasını yumşaldır, bəlğəmin durulaşmasına və xaric olmasına kömək edir. Bu üsul öskürəyi yüngülləşdirir, nəfəsalmanı rahatlaşdırır və sağalma prosesini sürətləndirir.
İnhalyasiya fizioloji məhlul, mineral sular və ya həkim tərəfindən təyin edilmiş dərman vasitələri ilə aparıla bilər. Xəstənin vəziyyətindən asılı olaraq, bu müalicə üsulu ev şəraitində və ya tibbi nəzarət altında tətbiq olunur.
Nəticə olaraq, bronxitin müalicəsində əsas məqsəd simptomları yüngülləşdirmək və orqanizmin özünü bərpa etməsinə şərait yaratmaqdır. Antibiotiklər isə yalnız zəruri hallarda və həkim məsləhəti ilə istifadə edilməlidir. Özbaşına antibiotik qəbulu həm faydasızdır, həm də gələcəkdə dərmanlara qarşı davamlılıq riskini artırır.
10:46 / 14 Noyabr 2026
17
10:36 / 14 Noyabr 2026
42
10:17 / 14 Noyabr 2026
39
09:59 / 14 Noyabr 2026
75
09:46 / 14 Noyabr 2026
82
09:30 / 14 Noyabr 2026
75
09:29 / 14 Noyabr 2026
105
09:23 / 14 Noyabr 2026
99
08:09 / 14 Noyabr 2026
1352
01:15 / 14 Noyabr 2026
164
00:40 / 14 Noyabr 2026
315
00:02 / 14 Noyabr 2026
1213
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
171
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
161
23:17 / 13 Noyabr 2026
432
23:09 / 13 Noyabr 2026
189
23:05 / 13 Noyabr 2026
154
23:02 / 13 Noyabr 2026
344
22:53 / 13 Noyabr 2026
167
22:49 / 13 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.