"Müharibənin fəsadları hər kəsə toxunacaq" - Əraqçi
17 Mart 2026, 23:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
904
30.01.2026, 19:31
Bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya tərəfi Ermənistanla iqtisadi sahədə əməkdaşlıq əlaqələrini saxlayır və Rusiya “TRIPP” layihəsində iştirak imkanlarını nəzərdən keçirir.
Zaxarovanın bu açıqlaması təsdiq edir ki, Rusiya hələ də TRIPP” layihəsində iştirak etmək istəyindədir. Maraqlıdır, Rusiya layihəyə qatıla biləcəkmi?
Məsələ ilə bağlı Oxu24.com-un suallarına Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı cavablandırıb. O bildirib ki, Rusiya regionda gedən proseslərdən kənarda qaldığının fərqindədir: “Rusiya hiss edir ki, regionda baş tutan böyük bir layihə onsuz həyata keçirilə bilər. O cümlədən Zəngəzur dəhlizi (TRİPP marşrutu deyirlər) marşurutu ilə bağlı proseslərə iştirak etmək istəyir. Yəni, Rusiya bu layihənin içində vacib olduğunu düşünür.
Əslində bir müddət əvvəl Rusiya təhdid mövqeyindən çıxış elədi ki, Azərbaycan, Ermənistan, Rusiya arasında üç şərəfli razılaşma var və ona görə də Rusiya həmin razılaşmaya uyğun olaraq hərəkət edəcək. Bir az təhdid formasında mövqeyin ortaya qoyurdu. Amma indi başa düşür ki, artıq proseslər onun nəzarətindən çıxıb
üçtərəfli razılaşma Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanıbdır və artıq onun fikri ilə hesablaşan da yoxdur. Ona görə də, bu formada özünü təqdim eləməyə çalışır. İnanmıram ki, onun bu istəyi real olsun, hansısa bir formada iştirakı mümkün olsun. Düzdür, Ermənistan onlara müəyyən təkliflər verir. Azərbaycanla Ermənistan arasında, Ermənistanla Türkiyə arasında dəmir yollarını müəyyən hissəsinin rusiya tərəfindən təmir olunması bu təklifdən biridir.O formada Ermənistan Rusiyanı dəvət eləmək istəyir. Amma geniş şəkildə Rusiya bu layihədə iştirak eləmək imkanları olmayacaq.Rusiyanın iştirakına artıq ehtiyac da yoxdur. Azərbaycan ərazisindən Ermənistan ərazisi arasında nəqliyyat daşınmaları həyata keçirilir və nümunələr var artıq, genişlənəcəkdir də! Beləliklə, TRİPP marşrutu layihəsinin həyata keçirilməsində Rusiyanın iştirakına ehtiyac tamamilə hiss olunmur. Ehtiyac yoxdur və iştirakı inandırıcı deyil”- deyə Akif Nağı vurğulayıb.
Həmçinin oxuyun
Xatırladaq ki, Zaxarova məlum çıxışında deyib ki, hökumət İrəvanın bütün sorğularını araşdırır6” Bu sorğular profil qurumlarımız tərəfindən operativ şəkildə işlənilir. O ki qaldı “Tramp Marşrutu”na (TRIPP layihəsi-red.), biz bu layihəyə qoşulmağın mümkün variantlarını öyrənməyə hazır olduğumuzu, o cümlədən Rusiya dəmir yollarının unikal ekspertizasını təsdiqləyirik. Yəqin hər şeydən əvvəl bu təşəbbüsün reallaşması və funksiyasının detalları ilə tanış olmaq lazımdır. Başa düşdüyümüz qədər bu, yalnız ilkin mərhələdədir. İrəvana bütün maraqlı tərəflərin iştirakı ilə məsləhətləşmələr keçirmək təklifimiz qüvvədə qalır”.
Əntiqə Rəşid
23:57 / 17 Mart 2026
1
23:39 / 17 Mart 2026
117
23:25 / 17 Mart 2026
98
23:11 / 17 Mart 2026
174
22:53 / 17 Mart 2026
139
22:46 / 17 Mart 2026
231
22:40 / 17 Mart 2026
57
22:16 / 17 Mart 2026
85
22:13 / 17 Mart 2026
542
22:08 / 17 Mart 2026
57
21:59 / 17 Mart 2026
250
21:57 / 17 Mart 2026
159
21:47 / 17 Mart 2026
49
21:43 / 17 Mart 2026
185
21:41 / 17 Mart 2026
46
21:37 / 17 Mart 2026
55
21:31 / 17 Mart 2026
479
21:30 / 17 Mart 2026
188
21:09 / 17 Mart 2026
4122
21:09 / 17 Mart 2026
225
20:59 / 17 Mart 2026
609
20:54 / 17 Mart 2026
197
20:53 / 17 Mart 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.