Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı videoçarx paylaşılıb
10 May 2026, 00:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
590
30.01.2026, 17:06
Monteneqro vizasını almaq üçün Azərbaycan vətəndaşları bu ölkənin Türkiyədəki səfirliyinin Bakıdakı ofisinə müraciət edə bilərlər.
Bu barədə Monteneqro Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, 2026-cı il yanvarın 15-dən Azərbaycan vətəndaşları Monteneqroya səfər üçün viza almalıdırlar. Bu, ölkənin Avropa İttifaqına üzvlük perspektivləri ilə izah olunub.
XİN bildirib ki, gələcəkdə isə viza mərkəzi olaraq "VFS Global" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır:
"Bu əməkdaşlıq çərçivəsində şirkətin Azərbaycandakı viza mərkəzləri də prosesə cəlb olunacaq və viza üçün müraciətlər həmin mərkəzlər vasitəsilə də qəbul ediləcək".
XİN izah edib ki, Monteneqroya səfər üçün iki tip vizalar tətbiq olunacaq:
Həmçinin oxuyun
- qısamüddətli viza (C vizası – Monteneqro ərazisindən tranzit keçid və ya Monteneqro ərazisinə daxil olmaq və 180 gün ərzində ümumilikdə ilk giriş tarixindən hesablanmaqla 90 günədək qalmaq məqsədi ilə verilir.
- Uzunmüddətli viza (D vizası – Monteneqro ərazisində 90 gündən artıq, lakin bir il ərzində ilk giriş tarixindən hesablanmaqla 6 aydan çox olmamaq şərti ilə qalmaq niyyətində olan əcnəbilərə verilə bilər.
Nazirlikdən bildirilib ki, C vizası üçün müraciət planlaşdırılan səfərdən 15 gün əvvəldən gec olmayaraq, D vizası üçün isə səfərdən 60 gün əvvəldən gec olmayaraq təqdim edilməlidir.
"Viza müraciəti üzrə qərar müraciətin təqdim edildiyi tarixdən etibarən 10 gün ərzində qəbul edilir. Əlavə baxılma tələb olunduqda bu müddət 30 günədək uzadıla bilər. Əlavə sənədlərin tələb edilməsi zərurəti yarandıqda isə müddət 60 günədək uzadıla bilər", - nazirlikdən bildirilib.
00:41 / 10 May 2026
134
00:37 / 10 May 2026
237
00:33 / 10 May 2026
27
00:20 / 10 May 2026
129
00:18 / 10 May 2026
30
00:15 / 10 May 2026
33
00:05 / 10 May 2026
134
23:58 / 09 May 2026
330
23:55 / 09 May 2026
41
23:54 / 09 May 2026
119
23:52 / 09 May 2026
33
23:46 / 09 May 2026
191
23:44 / 09 May 2026
44
23:27 / 09 May 2026
202
23:04 / 09 May 2026
159
22:56 / 09 May 2026
55
22:42 / 09 May 2026
190
22:10 / 09 May 2026
218
21:38 / 09 May 2026
194
21:22 / 09 May 2026
186
21:02 / 09 May 2026
212
20:41 / 09 May 2026
72
20:21 / 09 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.