Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Prezident bu dəqiqə sərəncam verdi: İcra başçısı işdən çıxarıldı

2019/12/20/1576827193_ilham-eliyev-esas.jpg

SON DƏQİQƏ

5217

20.12.2019, 11:32

Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Oxu24.com  -un  xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

 

Xatırladaq ki, bu ilin aprel ayında N. Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

 

 

Günün təklif olunan videosu: