Qaynar xətt:

(+99450) 247 90 86

“Azərbaycanın gücü təkcə Zəfərində deyil, fərqli xalqları birləşdirən həmrəyliyindədir” -  DEPUTAT  

“Azərbaycanın gücü təkcə Zəfərində deyil, fərqli xalqları birləşdirən həmrəyliyindədir” -  DEPUTAT  

SİYASƏT

72

30.10.2026, 18:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan son illərdə keçdiyi şərəfli və çətin tarixi yolla regional miqyasdan çıxaraq qlobal səviyyədə sivilizasiyalararası körpü rolunu oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir. BMT-nin Sivilizasiyalar Alyansı kimi nüfuzlu tərəfdaşlarla birgə təşkil olunan beynəlxalq platformalar dünyanın ən həssas, təxirəsalınmaz problemlərinin, dialoq və sülh imkanlarının geniş təhlil edildiyi intellektual müzakirə məkanıdır. Ölkəmizin Asiya ilə Avropanın kəsişməsində yerləşməsi təkcə əlverişli coğrafi mövqe deyil, əsrlərin süzgəcindən keçərək formalaşan zəngin bir yaşam tərzinin təzahürüdür. Cəmiyyətimizdə hökm sürən sabitliyin, sosial ahəngdarlığın və qarşılıqlı hörmətin təməlində məhz tarixi dini və etnik dözümlülük ənənələri dayanır. Konstitusiyamıza əsasən bərabər hüquqlara malik olan müxtəlif xalqların və konfessiyaların nümayəndələri Azərbaycanda sadəcə dinc qonşu kimi deyil, vahid və sıx bağlı bir ailə kimi ömür sürürlər. Bu reallıq bir daha sübut edir ki, multikulturalizm ölkəmizdə süni şəkildə tətbiq edilən layihə deyil, xalqımızın milli təfəkkürünün, mənəvi varlığının ayrılmaz hissəsidir. Vahid azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən cəmiyyətimiz öz sarsılmaz gücünü, həmrəyliyini və sınaqlara hazır olduğunu 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bütün dünyaya parlaq şəkildə nümayiş etdirdi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşı ədalətin bərpası, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi naminə xalqımızın Zəfər rəmzi olan “Dəmir yumruq” ətrafında bir yumruq kimi birləşdi.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan artıq sadəcə regional oyunçu deyil, qlobal səviyyədə sivilizasiyalararası körpü rolunu oynayan mərkəzdir. BMT-nin Sivilizasiyalar Alyansı kimi nüfuzlu tərəfdaşlarla birlikdə qurulan bu platforma, dünyanın ən həssas və təxirəsalınmaz problemlərinin müzakirə olunduğu intellektual mərkəzə çevrilib.

Deputat qeyd edib ki, Azərbaycanın Asiya ilə Avropa arasında mədəniyyət qovşağında yerləşməsi təkcə coğrafi üstünlük deyil, həm də əsrlərin süzgəcindən keçmiş bir yaşam tərzidir:

"Cəmiyyətimizdəki sabitliyin və ahəngdarlığın təməlində məhz dini və etnik dözümlülük dayanır. Konstitusiyamıza əsasən bərabər hüquqlara malik olan müxtəlif xalqlar və dinlərin nümayəndələri Azərbaycanda sadəcə qonşu kimi deyil, əsl bir ailə kimi yaşayırlar. Bu, sübut edir ki, multikulturalizm Azərbaycanda süni şəkildə yaradılmış layihə deyil, xalqımızın milli təfəkkürünün tərkib hissəsidir.

Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları bir amal ətrafında birləşdirən güclü mənəvi sütündür. Bu birliyin əsl gücü və sınağı İkinci Qarabağ müharibəsi zamanı özünü büruzə verdi”.

Ceyhun Məmmədovun sözlərinə görə, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin olunması üçün Qələbəmizin rəmzinə çevrilmiş “Dəmir yumruq” kimi birləşdi:

“Bu, daxili sabitliyimizin və həmrəyliyimizin qırılmazlığını göstərən ən bariz nümunədir. Xalqımızın əsrlər boyu müstəqillikdən məhrum olmasına baxmayaraq, öz dilini, dəyərlərini, milli kimliyini və həyat tərzini qoruyub saxlamağı bacarmışdır. Müxtəlif imperiyalar və siyasi sistemlər dəyişsə də, azərbaycanlıların milli ruhu heç vaxt sarsılmayıb. 35 illik müstəqillik dövrü isə xalqımızın öz taleyinin əsl sahibinə çevrildiyini, sıfırdan güclü dövlət qurmağa və ölkəni inkişaf etdirməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün bunların başında ədalətsizliyə qarşı qanuni müqavimət və pozulmaz inam dayanırdı”.

Deputat diqqətə çatdırıb ki, illərlə davam edən, əslində isə münaqişəni dondurmağa və Azərbaycanı haqsız duruşla barışdırmağa hesablanmış danışıqlar masası xalqımızın iradəsini qıra bilmədi. Güc mərkəzləri Azərbaycan xalqının əyilməz iradəsini və hökumətin strateji planlarını səhv hesablamışdılar. Nəticədə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququndan istifadə edən Azərbaycan, beynəlxalq hüququ öz gücü ilə bərpa edərək tarixi ədalətsizliyə son qoydu.

C.Məmmədov əlavə edib ki, oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda cənab Prezidentin çıxışında, bir xalqın mədəni tolerantlıqla əzmkar mübarizəni necə uzlaşdırdığını, həm dialoqa açıq olduğunu, həm də öz haqqını və suverenliyini qorumaq üçün hər cür gücə malik olduğunu təsdiq edən güclü bir siyasi və mənəvi çağırışın şahidi olduq. 

Çimnaz Telmanqızı