Prezidentin Fərmanı ilə gömrükdə YENİ MƏRHƏLƏ: Sadələşdirilmiş qaydalar biznesə və qiymətlərə necə təsir edəcək?
06 Avqust 2026, 16:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
91
06.08.2026, 15:53
Ermənistanda keçirilən səsvermə nəticəsində Ruben Rubinyan doqquzuncu çağırış parlamentin sədri seçilib. Məlumata görə, hakim "Vətəndaş müqaviləsi" partiyasının irəli sürdüyü namizədin lehinə 64 deputat səs verib. Yeni spikerin fəaliyyətə başlaması regional siyasətdə və Ermənistanın xarici kursunda mühüm mərhələlərdən biri kimi qiymətləndirilir. Xüsusilə də onun spiker postunda fəaliyyətinin Ermənistan-Azərbaycan münasibətlərinə və sülh danışıqlarına hansı formada təsir göstərəcəyi böyük maraq doğurur. Ekspertlərin fikrincə, parlament sədri ölkənin əsas siyasi fiqurlarından biri olduğu üçün qəbul edilən qərarlarda və diplomatik təmaslarda aparıcı rol oynayır. Bu təyinatın Bakı ilə İrəvan arasında davam edən sülh prosesinə olası təsirləri geniş müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Ruben Rubinyanın parlament sədri seçilməsi Azərbaycan-Ermənistan sülh danışıqlarına müsbət istiqamətdə təsir göstərə bilər:
"Ermənistan rəhbərliyində parlament sədri əsas postlardan biridir və bu vəzifəni tutan şəxsin mövqeyi doğrudan da hökumətin ümumi siyasi xəttinə təsir edir. Çünki dövlət üçün vacib və əsas qərarlar məhz parlament müstəvisində qəbul olunur. Bu baxımdan spikerin mövqeyi sülh prosesində mühüm əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, daha əvvəl spiker postunu tutan Alen Simonyanın Azərbaycan və Ermənistan parlamentləri arasında münasibətlərin qurulması və sülh prosesində müəyyən rolu olmuşdu. Xüsusilə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirilən görüşlər bunu deməyə əsas verir.
Politoloq hesab edir ki, Rubinyan da bu siyasəti davam etdirəcək:
“Rubinyanın bu xətti sürdürəcəyini deməyə əsas verən mühüm amillərdən biri onun Türkiyədə təhsil alması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində xüsusi nümayəndə kimi iştirak etməsidir. Türkiyə ilə birbaşa danışıqlarda yer alan bir şəxs kimi o, Ankaranın mövqeyini daha yaxşı anlayır. Ankara isə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətləri yalnız Azərbaycanla sülh sazişi imzalandıqdan sonra tam normallaşacaq və sərhədlər açılacaq”.
Asif Nərimanlı əlavə edib ki, dolayısıyla, Rubinyan bu prosesin birbaşa içində olan bir diplomat kimi Azərbaycanla sülhün əldə olunmasının Ermənistanın gələcəyi üçün nə qədər vacib olduğunu dərk edən şəxslərdəndir. Bu kontekstdən yanaşsaq, onun parlament sədri kimi fəaliyyətinin iki ölkə arasında etimad mühitinin yaradılmasına və parlamentlərarası əlaqələrin inkişafına müsbət töhfə verəcəyini gözləmək olar”.
Çimnaz Telmanqızı
17:15 / 06 Avqust 2026
34
16:55 / 06 Avqust 2026
54
16:40 / 06 Avqust 2026
61
16:15 / 06 Avqust 2026
83
16:15 / 06 Avqust 2026
68
15:55 / 06 Avqust 2026
68
15:45 / 06 Avqust 2026
93
15:30 / 06 Avqust 2026
68
15:15 / 06 Avqust 2026
84
14:59 / 06 Avqust 2026
94
14:58 / 06 Avqust 2026
79
14:45 / 06 Avqust 2026
88
14:27 / 06 Avqust 2026
106
14:17 / 06 Avqust 2026
96
14:14 / 06 Avqust 2026
90
13:57 / 06 Avqust 2026
94
13:55 / 06 Avqust 2026
84
13:40 / 06 Avqust 2026
78
13:22 / 06 Avqust 2026
97
13:20 / 06 Avqust 2026
89
13:06 / 06 Avqust 2026
96
12:58 / 06 Avqust 2026
90
12:55 / 06 Avqust 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.