"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
268
06.08.2026, 11:40
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması prosesi regional geosiyasi və geoiqtisadi reallıqları yenidən formalaşdırır. Bu çərçivədə İranın ali rəhbərinin hərbi baş müşavirinin oğlu, professor Həmzə Səfəvinin “Azərbaycanı hədələmək əvəzinə əməkdaşlıq etməliyik” sözləri Tehranda məsələyə baxışın birmənalı olmadığını göstərir. Həmzə Səfəvi Ermənistanın cənubundan keçəcək marşrutun İran üçün iqtisadi risklər yaradacağını etiraf etsə də, çıxış yolunu təzyiqdə deyil, Bakı ilə tərəfdaşlıqda görür. Tehranın əsas narahatlığı Orta Dəhliz layihələrində oyun kənarında qalmaq və regiondakı tranzit monopoliyasını itirmək qorxusundan qaynaqlanır. Lakin regional reallıqlar göstərir ki, Cənubi Qafqazın açar dövləti olan Azərbaycanla düşmənçilik etmək İrana heç bir divident gətirmir. Bəs rəsmi Tehran bu kommunikasiyalara hansı geosiyasi prizmadan yanaşmalı və riskləri necə imkana çevirməlidir?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, İranın Cənubi Qafqazda açılan yeni nəqliyyat dəhlizlərinə mənfi münasibəti onun geoiqtisadi narahatlıqları ilə birbaşa əlaqədardır:
"Ermənistanın cənubundan keçəcək yeni nəqliyyat-kommunikasiya xətləri İranı ciddi şəkildə narahat edir. Tehran hesab edir ki, bu marşrutlar İran və Rusiyadan yan keçən Orta Dəhlizin tərkib hissəsidir və bu baxımdan özünün regional geosiyasi, geoiqtisadi planlardan kənarda qaldığını düşünür. Məhz bu yanaşmaya görə də yeni kommunikasiya layihələrinə müsbət baxmırlar”.
Onun sözlərinə görə, lakin bu cür düşmən münasibəti ilə obyektiv inkişaf proseslərinin qarşısını almaq mümkün deyil. İranın bu yöndə sərf etdiyi aqressiv enerji və mübarizə ona heç bir müsbət qazanc gətirmir. Azərbaycanla və ya ümumilikdə yeni dəhliz planları ilə savaşmaq əvəzinə, bu layihələri İranın öz xeyrinə işlədəcək mexanizmə çevirmək lazımdır. Siyasətdə ən effektiv yol rəqabəti düşmənçiliyə çevirmək deyil, əməkdaşlıq imkanları yaratmaqdır. Region ölkələri — Azərbaycan, Cənubi Qafqazın digər dövlətləri və Orta Asiya ilə düşmənçilik etmək Tehrana heç nə qazandırmayacaq.
Politoloq vurğulayıb ki, İran Ermənistan ərazisindən keçən marşrutlardan doğru istifadə edərsə, özü üçün yeni imkanlar qazana bilər:
"Orta Dəhliz təkcə Şərq-Qərb xətti deyil, eyni zamanda Gürcüstan və Ermənistan vasitəsilə Türkiyəyə, Avropaya və Aralıq dənizinə çıxışı təmin edən geniş bir şəbəkədir. Şimal-Cənub dəhlizi də bu prosesin tərkib hissəsinə çevrilə bilər. Əgər İran normal əməkdaşlıq modelini seçərsə, bu kommunikasiyalardan böyük geosiyasi və iqtisadi dividentlər əldə edər”.
Natiq Miri vurğulayıb ki, hazırda İran daxilində bu məsələdə ciddi fikir ayrılığı var:
“Hökumət səviyyəsində, xüsusilə Prezident Məsud Pezeşkiyan xəttində anlayırlar ki, Azərbaycan və qonşu ölkələrlə normal əlaqələr İranın ticarət və maliyyə bazarlarına çıxışını genişləndirir. Yeraltı zirzəmilərdə saxlanılan 300-500 raketlə bütün dünya ilə müharibə aparmaq xəyalı yanlış siyasətdir. O raketlər 90 milyonluq İran xalqına çörək vermir. İqtisadiyyatı inkişaf etdirmək üçün əvvəlcə həmsərhəd ölkələrlə, sonra isə qlobal səviyyədə açıq cəmiyyət və normal idarəetmə mühiti yaratmaq, xarici sərmayələri ölkəyə cəlb etmək lazımdır”.
Politoloq sonda qeyd edib ki, Tehranın regionun lider dövləti olan Azərbaycanla qarşıdurma kursunu davam etdirməsi yalnız İranın öz ziyanına işləyəcək:
"Əgər İran düşmənçilik mövqeyini sürdürərsə, regionun ən strateji ölkəsi olan Azərbaycan buna adekvat cavab vermək məcburiyyətində qalacaq. Belə olan halda İranın qazancı nə olacaq? Qonşulara raket və ya dron atmaqla nəticə qazanmaq mümkün deyil, hər bir təxribatın cavabı verilir. İran iqtisadiyyatının və cəmiyyətinin dünyaya açılmağa, qlobal kapitalı ölkəyə cəlb etməyə ehtiyacı var. Bunun yolu isə hədələrdən deyil, Azərbaycanla və region dövlətləri ilə real əməkdaşlıqdan keçir”.
Çimnaz Telmanqızı
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.