10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
04 Oktyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
496
17.07.2026, 11:36
Azərbaycan və Slovakiya arasında son dövrlər müşahidə olunan yüksək səviyyəli diplomatik təmaslar ikitərəfli əlaqələri keyfiyyətcə yeni müstəviyə daşıyır. Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri bu dinamikanın ən bariz göstəricisidir. Səfər çərçivəsində ticarət dövriyyəsinin artırılması və enerji təhlükəsizliyi ilə yanaşı, slovakiyalı tərəfdaşların Qarabağın bərpa-quruculuq işlərinə cəlb edilməsi xüsusi müzakirə mövzusu olub. Avropa İttifaqı ölkələrinin Azərbaycanın ən böyük ticarət tərəfdaşları olduğunu nəzərə alsaq, bu cür əməkdaşlıqlar regionun gələcəyi üçün həm iqtisadi, həm də siyasi baxımdan böyük rəmzi və praktiki əhəmiyyət kəsb edir. Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərində Slovakiyanın iştirakı həm də Avropanın regiondakı yeni reallıqları qəbul etməsinin göstəricisidir.
Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Natiq Miri məsələnin əhəmiyyətini belə şərh edib:
"Avropa İttifaqı ölkələri Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan ölkələrdir. O baxımdan Azərbaycan Avropa İttifaqı ölkələri ilə normal əməkdaşlıq çərçivəsində aparılan siyasətdən məmundur və bunu inkişaf etdirməyə çalışır. Avropa daxilində nə qədər çox ölkələr Azərbaycanın dostu olmuş olsalar, bu, Azərbaycanın səsinin və maraqlarının Avropada daha çox səsləndirilməsi demək olacaq”.
Onun sözlərinə görə, bir tərəfdən Macarıstan, digər tərəfdən Slovakiya kimi Avropa ölkələri Azərbaycana maraqlarını ifadə edirlər. O cümlədən, bu dövlətlərin Qarabağın yenidən qurulmasında iştirakı Azərbaycan və Qarabağ reallıqlarının qəbul edilməsi ilə bərabər, həm də Azərbaycana verilən dəstək kimi qəbul olunmalıdır:
“Hələ də bəzi ölkələr var ki, Şuşa və yaxud Xankəndiyə səfər etməməklə, dolayısı ilə bu reallığı qəbul etməmək kimi bir görüntü yaratmağa çalışırlar. Yəni bu, stəkanda fırtınadan başqa bir şey deyil. Ancaq hər bir halda inkişaf etmiş Avropa ölkələrinin Qarabağda yenidənqurma prosesində iştirakı, müəyyən sərmayələrin qoyulması regionun inkişafı ilə bərabər, həm də yenidən qurulmasını, bərpasını tezləşdirir. Bu, Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın maraqlarını müdafiə edir”.
Natiq Miri qeyd edib ki, bəzi Avropa ölkələri ilə, o cümlədən Slovakiya ilə hərbi-müdafiə yönündə də anlaşmalarımız var. Ona görə də nə qədər çox Avropa ölkələri ilə əməkdaşlıq və onların Qarabağa cəlb olunması prosesi artarsa, bu, Azərbaycanın mövqelərinin Avropada güclənməsi demək olacaq:
“Slovakiya inkişaf etmiş bir Avropa ölkəsidir. Bu, texnoloji cəhətdən də Azərbaycana müəyyən üstünlüklər verir. Eyni zamanda, Avropa İttifaqı 450 milyonluq bir bazardır, bunu unutmayaq. Azərbaycan bu bazarda maraqlıdır. Sadəcə özünün neft və qazını satmaqla deyil, perspektivdə həm də bərpa olunan enerjinin — günəş, külək və digər alternativ bərpa olunan enerjinin Avropaya satılmasında da Azərbaycan maraqlıdır və bu yöndə konkret danışıqlar gedir”.
Politoloq bildirib ki, Azərbaycan Avropada nə qədər çox özü üçün “günəş altında yer” qazanmış olsa, bu, Azərbaycanın həm iqtisadiyyatına, həm də siyasətinə ciddi töhfə verəcək:
“Elmi-texnoloji, demokratik və insan hüquqları baxımından inkişaf etmiş bir coğrafiya və məkanla Azərbaycanın əməkdaşlığı, əlbəttə ki, müsbət haldır. Bəzi öyrədəcəyimiz şeylər olduğu kimi, bizim öyrənəcəyimiz də çox şeylər var ki, bunun üçün də normal münasibətlərə və əməkdaşlığa ehtiyac var”,- deyə o əlavə edib.
Çimnaz Telmanqızı
19:23 / 04 Oktyabr 2026
26
19:16 / 04 Oktyabr 2026
40
19:09 / 04 Oktyabr 2026
49
18:44 / 04 Oktyabr 2026
44
18:34 / 04 Oktyabr 2026
41
17:50 / 04 Oktyabr 2026
70
17:45 / 04 Oktyabr 2026
71
17:35 / 04 Oktyabr 2026
78
17:30 / 04 Oktyabr 2026
475
17:23 / 04 Oktyabr 2026
262
17:20 / 04 Oktyabr 2026
52
16:58 / 04 Oktyabr 2026
2207
16:56 / 04 Oktyabr 2026
235
16:55 / 04 Oktyabr 2026
179
16:53 / 04 Oktyabr 2026
198
16:51 / 04 Oktyabr 2026
85
16:49 / 04 Oktyabr 2026
76
14:30 / 04 Oktyabr 2026
101
14:04 / 04 Oktyabr 2026
137
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
72
13:44 / 04 Oktyabr 2026
313
13:40 / 04 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.