10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
04 Oktyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
565
15.07.2026, 14:29
Yaxın Şərqdə gərginliyin pik həddə çatması, İran ətrafında cərəyan edən son hərbi-siyasi proseslər və regionda sürətlə dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən beynəlxalq gündəmin baş mövzusuna çevirib. Bir sıra aparıcı ekspertlər Tehran və Moskva arasındakı mövqe toqquşmalarının və regional maraqların bu nəhəng layihənin icrasına ciddi maneələr törədə biləcəyini iddia edirlər. Digər tərəfdən, qlobal güclərin və beynəlxalq təşkilatların bu tranzit marşrutuna verdiyi dəstəyin layihənin reallaşmasını daha da sürətləndirəcəyini düşünənlər də az deyil. Mövcud hərbi-siyasi gərginliyin regional kommunikasiyaların açılmasına birbaşa təsirləri və risk faktorları hazırda həm Bakının, həm də digər regional paytaxtların diqqət mərkəzindədir. Bəs regionda davam edən bu gərginlik Zəngəzur dəhlizinin reallaşmasını real risk altına ala bilərmi?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran politoloq Əli Mustafa hazırkı vəziyyəti və gözlənilən ssenariləri şərh edib:"Hazırda regionda ciddi gərginlik yaşanır. ABŞ-İran qarşıdurması, Rusiya-Ukrayna müharibəsi bu və ya digər formada Cənubi Qafqaza da öz təsirini göstərməkdədir. Lakin bu təsirləri birbaşa deyil, daha çox dolayısı ilə qiymətləndirmək lazımdır”.
Onun sözlərinə görə, həm şimalda, həm də cənubda münaqişə ocaqları var və bu gərginliyin bölgəyə yayılma ehtimalı mövcuddur. Digər tərəfdən, mövcud münaqişələr regiondakı bir sıra prosesləri daha həssas müstəviyə daşıyır:“Məsələn, ABŞ-nin bu bölgəyə sərmayə qoyuluşuna rəsmi Tehran qısqanclıqla yanaşır. Eyni zamanda, Zəngəzur dəhlizi layihəsindən Rusiyanın kənarda saxlanılması cəhdləri Moskvanı məmnun etmir və o da əlindəki imkanlardan, alətlərdən istifadə edərək bu layihənin gecikdirilməsinə çalışır”.
Lakin politoloq burada əsas açar dövlətin Ermənistan olduğunu qeyd edib. Çünki bu layihə bilavasitə Ermənistan ərazisindən keçir və onun ərazisində reallaşmalıdır:“Hazırda rəsmi İrəvanla ABŞ arasında müəyyən razılaşmalar mövcuddur. Əgər Ermənistan rəhbərliyi bu layihənin gerçəkləşməsinə sadiq qalacaqsa, bu halda nə Rusiyanın, nə də İranın prosesə birbaşa müdaxilə imkanı olmayacaq. Düzdür, onlar Ermənistanı təhdid edə bilərlər, hətta müəyyən hərbi gərginliyə və ya münaqişəyə cəlb etməyə də cəhd göstərə bilərlər. Amma bütün bunlar o demək deyil ki, onlar layihənin icrasını birbaşa əngəlləmək gücündədirlər”.
Əli Mustafa bildirib ki, reallıq onu göstərir ki, onların yalnız dolayısı ilə maneçilik törətmək imkanları var:“Bu məsələdə hər şeyi İrəvanın siyasi iradəsi həll edəcək. Təbii ki, Azərbaycan və Türkiyənin dəstəyi layihənin icrasını asanlaşdırır, Rusiya və İranın təsir imkanlarını isə xeyli dərəcədə məhdudlaşdırır. Digər tərəfdən, davam edən proseslərin təkcə neqativ deyil, pozitiv ssenariləri də ola bilər. Məsələn, mümkün ABŞ-İran qarşıdurmasında Tehranın zəifləməsi layihənin önünü tamamilə aça və bütün riskləri sıradan çıxara bilər”.
Politoloq hesab edir ki, Zəngəzur dəhlizi mütləq gerçəkləşəcək. Çünki bu “Orta Yol” layihəsi təkcə region ölkələrinin deyil, həm də Avropanın, ABŞ-nin və dünyanın ən böyük güclərindən olan Çinin maraq dairəsindədir:“Sadəcə olaraq, zamanla bağlı müəyyən ləngimələr və ya problemlər yaşana bilər. Lakin yaxın gələcəkdə bu xətt üzrə işlərin tamamilə yoluna düşəcəyini gözləyirəm”,-deyə o fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.