Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan AÇIQLADI: Ölü sayı xeyli artdı

Ərdoğan AÇIQLADI: Ölü sayı xeyli artdı

DÜNYA

61

09.11.2026, 20:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı açıqlama verib.

Bu barədə Oxu24.com  Türkiyə mediasına  istinadən xəbər verir.

O bildirib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib, 2-si ağır olmaqla 13 nəfər yaralanıb.

Ərdoğan həlak olan işçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Prezidentin sözlərinə görə, partlayışla bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi və kimlərin məsuliyyət daşıdığı müəyyən ediləcək.

O, həmçinin hadisədən dərhal sonra energetika və daxili işlər nazirlərinin tapşırığı əsasında hadisə yerinə göndərildiyini bildirib.