"Arzum" gecələr yatmır, təcili yardım çağırdıq"
27 İyul 2026, 16:42
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
6796
08.06.2026, 11:08
“Paşinyanın qələbəsi İlham Əliyevin strateji vizyonu sayəsində mümkün oldu”.
Oxu24.com xəbər verir ki,bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib.
O bildirib ki, Paşinyanın parlament seçkilərində qələbə qazanmasının ən mühüm səbəbi Ermənistan cəmiyyətinin qalıcı sülhə, sabitliyə və normal gələcəyə olan ehtiyacıdır:
“Paşinyan seçkilərə məhz sülh platforması ilə qatıldı və seçicilərin ciddi dəstəyini qazandı.
Bu sülh gündəliyinin və Azərbaycan-Ermənistan normallaşma prosesinin əsas müəllifi və təşəbbüskarı isə Azərbaycan Prezidenti İlham Əliyevdir.
Bu baxımdan seçkilərin nəticəsini ilk növbədə İlham Əliyevin Cənubi Qafqazın gələcəyi ilə bağlı həyata keçirdiyi siyasi xəttinin və strateji baxışının növbəti uğuru və qələbəsi kimi qiymətləndirilməlidir. Belə ki, 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən və 2023-cü ildə Qarabağda separatizmə birdəfəlik son qoyduqdan sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıq, dəyişdirdiyi güc balansı və irəli sürdüyü təhlükəsizlik arxitekturası Ermənistanda keçirilən seçkilərdə də öz təsdiqini tapdı və seçicilərin əhəmiyyətli hissəsi tərəfindən dəstəkləndi.
Bu qələbə eyni zamanda onilliklər ərzində Ermənistanın ictimai-siyasi düşüncəsində kök salmış xəstə “miatsum” ideologiyasının, son illərdə isə bölgəni yenidən qarşıdurma məkanına çevirməyə çalışan revanşist dairələrin, eləcə də xarici qüvvələrin 200 illik “parçala və hökm sür” siyasətinin iflası və ağır məğlubiyyətidir.
Ermənistan vətəndaşlarının seçimi göstərir ki, cəmiyyətin böyük bir hissəsi yeni müharibə çağırışlarından, ərazi iddialarından və qarşıdurma siyasətindən daha çox sülhə, iqtisadi inkişafa, təhlükəsizliyə və regional əməkdaşlığa üstünlük verir”.
Deputat bundan sonra Cənubi Qafqazda yeni mərhələnin – sülhün, qarşılıqlı etimadın, iqtisadi inteqrasiyanın, nəqliyyat və kommunikasiya əlaqələrinin genişlənməsinin, regional əməkdaşlığın möhkəmlənməsi mərhələsinin başlanması üçün daha əlverişli şərait yarandığını vurğulayıb: “Lakin qarşıda Ermənistan cəmiyyətini və siyasi hakimiyyətini daha bir mühüm sınaq gözləyir: Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən konstitusiya müddəalarının dəyişdirilməsilə regionda uzun illər davam etmiş düşmənçiliyin hüquqi qalıqlarının və sülh müqaviləsinin imzalanması yolunda olan sonuncu maneənin aradan qaldırılması.
Dünənki seçkilərin nəticələri göstərir ki, Ermənistan cəmiyyəti bu istiqamətdə atılacaq addımlara əvvəlki dövrlərlə müqayisədə daha hazırdır və buna alternativin olmadığının fərqindədir”.
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.