Ulduz falı: 11 noyabr, 2026-cı il
10 Noyabr 2026, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
227
10.11.2026, 23:28
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər.
Oxu24.com lent.az-a istinadən bildirir ki, çinli mütəxəssislərin apardığı araşdırmanın nəticələri "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.
Alimlər 80 yaşdan yuxarı 5 203 nəfərin məlumatlarını təhlil ediblər. Onlardan 1 459-u 100 yaşa qədər yaşayıb, digərləri isə daha erkən vəfat ediblər.
Tədqiqatçılar iştirakçıların qida rasionlarını müqayisə edərək ət istehlakı ilə uzunömürlülük arasındakı əlaqəni araşdırıblar.
Məlum olub ki, çəkisi normadan az olan yaşlılar arasında hər gün ət yeyənlərin 100 yaşa çatmaq ehtimalı vegetarianlarla müqayisədə 44% daha yüksəkdir. Lakin normal və ya artıq çəkisi olan şəxslərdə belə fərq qeydə alınmayıb.
Eyni zamanda, ət istehlakı ilə uzunömürlülük arasındakı əlaqə əsasən qadınlarda müşahidə edilib. Kişilərdə isə mütəxəssislər belə bir əlaqə aşkar etməyiblər.
Alimlər, həmçinin müəyyən ediblər ki, ət yeməyən, lakin balıq, yumurta və ya süd məhsulları istehlak edən yaşlı insanların 100 yaşa qədər yaşamaq ehtimalı ət yeyənlərlə təxminən eyni səviyyədədir.
Tədqiqatçılar hesab edirlər ki, əsas məsələ yalnız ətin özü deyil, onun tərkibindəki qida maddələridir. Yaşlılıq dövründə əzələ kütləsini qorumaq və orqanizmin zəifləməsinin qarşısını almaq üçün kifayət qədər zülal və kalori qəbul etmək xüsusilə vacibdir.
Araşdırmanın müəllifləri vurğulayırlar ki, əldə edilən nəticələr ət istehlakının birbaşa ömrü uzatdığını sübut etmir.
23:43 / 10 Noyabr 2026
1
23:39 / 10 Noyabr 2026
11
23:27 / 10 Noyabr 2026
118
23:17 / 10 Noyabr 2026
361
23:15 / 10 Noyabr 2026
157
23:00 / 10 Noyabr 2026
79
22:58 / 10 Noyabr 2026
92
22:55 / 10 Noyabr 2026
96
22:35 / 10 Noyabr 2026
95
22:30 / 10 Noyabr 2026
258
22:27 / 10 Noyabr 2026
81
22:19 / 10 Noyabr 2026
99
22:04 / 10 Noyabr 2026
169
21:55 / 10 Noyabr 2026
551
21:51 / 10 Noyabr 2026
93
21:49 / 10 Noyabr 2026
214
21:46 / 10 Noyabr 2026
221
21:44 / 10 Noyabr 2026
103
21:40 / 10 Noyabr 2026
104
21:33 / 10 Noyabr 2026
18724
21:19 / 10 Noyabr 2026
115
21:12 / 10 Noyabr 2026
136
21:10 / 10 Noyabr 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.