Bakını hədələyən iranlı deputata sərt cavab: “3-4 saata yox olmaq qorxusu öz ölkənizdədir"
10 İyun 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
5394
13.05.2026, 13:37
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub.
Oxu24.com xəbər verir ki, qurumun icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub.
E.Rəhimov 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2003-2007-ci illərdə təhsilini İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində davam etdirib. 2008-2012-ci illərdə eyni universitetin Uşaq sağlamlığı və xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsilini tamamlayıb.
2012-2014-cü illərdə "İstanbul Memorial Hizmet" Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2019-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının assistentidir.
2014-cü ildən hazırkı təyinatınadək "Baku Medical Plaza"nın Pediatriya şöbəsinin müdiridir.
O, həmçinin Azərbaycan Pediatriya Cəmiyyətinin İdarə Heyətinin sədr müavini, Kistoz Fibrozlu Xəstələrə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü, eləcə də Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinin üzvüdür.
E.Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir.
Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə Qəhrəmanova Dinar İlqar qızı təyin edilib.
D.Qəhrəmanova 2001-2007-ci illərdə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra, 2007-2008-ci illərdə Azərbaycan Tibb Universitetində internaturanı tamamlayaraq, 2023-cü ildə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən sertifikasiya imtahanından keçib.
2014-2024-cü illərdə Sabunçu Tibb Mərkəzinin Terapiya şöbəsində həkim, 2014-cü ildən hazırkı təyinatına qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə təbabəti kafedrasının assistenti, həmçinin 2024-cü ildən Respublika Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.
D.Qəhrəmanova ÜST-nin yerli və beynəlxalq seminar və təlimlərində iştirak edib. O, həmçinin Qatar, İspaniya və Sloveniyada keçirilən beynəlxalq konqres və seminarlarda iştirakçı olub.
Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Qaraqurbanlı Fərəh Afad qızı təyin edilib.
F.Qaraqurbanlıya 1997-ci ildə Azərbaycan Respublikasında tibb elmləri namizədi alimlik dərəcəsi, 2004-cü ildə Rusiya Federasiyası Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru, 2006-cı ildə Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru alimlik dərəcəsi, 2024-cü ildə isə professor elmi adı verilib.
1991-1999-cu illərdə bir sıra dövlət tibb müəssisələrində həkim-mama-ginekoloq, 1999-2004-cü illərdə 5 nömrəli Kliniki Doğum Evinin Hamiləliyin patologiya şöbəsinin müdiri, 2004-2008-ci illərdə 5 nömrəli Kliniki Doğum Evinin baş həkimi vəzifəsində çalışıb.
2004-2010-cu illərdə Odlar Yurdu Universitetinin Tibb fakültəsinin müəllimi kimi əmək fəaliyyətinə davam edib.
2008-ci ildən hazırkı təyinatınadək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində və "Baku Medical Plaza"da həkim-mama-ginekoloq, həmçinin 2018-ci ildən Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında müəllim vəzifəsində çalışıb.
O, 109-dan çox elmi-tədqiqat işinə rəsmi opponentlik edib, 97 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın və 2 dərsliyin müəllifidir.
Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə Tibb üzrə fəlsəfə doktoru Əhmədova Rəxşəndə Mənsur qızı təyin olunub.
R.Əhmədova 1988-1994-cü illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, 1994-1995-ci illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində internatura təhsili alıb, 2016-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
1997-1999-cu illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində həkim, 1999-2020-ci illərdə Serologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2020-ci ildən hazırkı təyinatına qədər Respublika Dəri-Zöhrəvi Mərkəzinin Laboratoriya şöbəsinin müdiri olub.
01:04 / 10 İyun 2026
125
00:24 / 10 İyun 2026
156
00:01 / 10 İyun 2026
123
23:52 / 09 İyun 2026
148
23:36 / 09 İyun 2026
251
23:26 / 09 İyun 2026
129
23:23 / 09 İyun 2026
122
23:15 / 09 İyun 2026
121
23:09 / 09 İyun 2026
106
23:03 / 09 İyun 2026
170
22:59 / 09 İyun 2026
257
22:52 / 09 İyun 2026
447
22:41 / 09 İyun 2026
122
22:06 / 09 İyun 2026
126
21:47 / 09 İyun 2026
129
21:29 / 09 İyun 2026
160
21:23 / 09 İyun 2026
116
21:11 / 09 İyun 2026
153
21:01 / 09 İyun 2026
113
21:00 / 09 İyun 2026
122
20:40 / 09 İyun 2026
142
20:27 / 09 İyun 2026
137
20:10 / 09 İyun 2026
1278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.