Avropa liderləri Prezident İlham Əliyevin mövqeyinə niyə xüsusi maraq göstərir? - TƏHLİL
11 Noyabr 2026, 20:28
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
535
13.05.2026, 10:15
Prezident İlham Əliyevin 10 may tarixində Zəngilan rayonuna səfəri və burada yaşayış kompleksinin açılışını etməsi, Azərbaycanın işğaldan azad edilmiş bölgələrimizdə post-münaqişə dövründəki bərpa-quruculuq prosesinin və Böyük Qayıdış proqramının praktiki icrasının mühüm mərhələlərindən biridir. Bu səfər, xüsusilə də Prezidenin çıxışı zamanı səsləndirdiyi fikirlər həm daxili auditoriya, həm də beynəlxalq birlik üçün bir neçə mühüm mesajı ehtiva edir.
Əgər əvvəlki mərhələlər infrastrukturun qurulması, minalardan təmizləmə və "Ağıllı kənd" (Ağalı) layihəsi ilə xarakterizə olunurdusa, artıq mərkəzi şəhərlərin məskunlaşdırılması dövrü başlayır. Bu isə, işğaldan azad edilmiş ərazilərimizin artıq tam şəkildə mülki həyata inteqrasiya olunduğunu göstərir.
Dövlət başçısının “hər qarış torpaq Azərbaycan xalqına məxsusdur” mesajı regionda yeni geosiyasi reallığın sarsılmazlığını ifadə edir. Həmçinin bu bəyanat ərazi bütövlüyümüz və suverenliyimiz bərpa və təmin edildikdən sonra Azərbaycanın öz əraziləri üzərində tam və qəti nəzarəti həyata keçirməsi, Ali Baş Komandanımızın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallıqların dünya miqyasında qəbul və təsdiqi, Ermənistandakı müəyyən dairələrin ərazi iddialarının və revanşist planlarının heç bir perspektivinin olmadığı və regionun gələcək taleyinin yalnız Azərbaycanın milli maraqları çərçivəsində həll ediləcəyini vurğulayır.
Zəngilan gələcəyi yalnız yaşayış məntəqəsi kimi deyil, həm də strateji nəqliyyat habı kimi planlaşdırılır. Belə ki, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, rayonun Şərq-Qərb beynəlxalq nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi üzərində yerləşməsi bu rayonun beynəlxalq yük və sərnişin daşımalarında mühüm tranzit nöqtə kimi əhəmiyyətini daha da artırır.
Xüsusilə qeyd edilməlidir ki, yeni inşa olunan yaşayış kompleksləri sakinlərin rifahını yüksək səviyyədə təmin etmək üçün “Ağıllı şəhər” konseptinə əsaslanır. Müasir mənzillər, yaşıl enerji həlləri, geniş parklar və sosial obyektlər (məktəb, xəstəxana, iş yerləri) sakinlərin yalnız məskunlaşmasını deyil, həm də yüksək həyat standartlarına sahib olmasını hədəfləyir. Bu, insanların yalnız öz doğma yurdlarına qayıdışı deyil, həm də onların dayanıqlı məşğulluqla təmin edilməsi deməkdir.
Vurğulanmalı olan vacib məqamlardan biri də Prezident İlham Əliyevin mənzillərin açarlarını sakinlərə şəxsən təqdim etməsidir - bu həm mənəvi, həm də siyasi baxımdan dərin məna daşıyır. Mənəvi mesaj-dövlətin hər bir vətəndaşın yanında olduğunu və uzun illərin torpaq həsrətinin bitməsində dövlət-xalq birliyinin rolunu simvolizə edir. Siyasi mesaj - dövlət başçısının icra edilən layihələrə şəxsən nəzarət etdiyini və verdiyi vədlərin ("biz qayıdacağıq!") ardıcıl şəkildə yerinə yetirildiyini nümayiş etdirir.
Nəhayət, Prezident İlham Əliyevin Zəngilana bu səfəri Azərbaycanın gücünün, quruculuq əzminin və tarixi ədaləti bərpa etməsinin növbəti təntənəsidir.
Zaur Şükürov
Millət vəkili
21:14 / 11 Noyabr 2026
91
21:08 / 11 Noyabr 2026
150
21:05 / 11 Noyabr 2026
64
20:58 / 11 Noyabr 2026
80
20:49 / 11 Noyabr 2026
400
20:47 / 11 Noyabr 2026
70
20:28 / 11 Noyabr 2026
84
20:22 / 11 Noyabr 2026
107
20:19 / 11 Noyabr 2026
84
20:08 / 11 Noyabr 2026
89
19:57 / 11 Noyabr 2026
433
19:49 / 11 Noyabr 2026
118
19:43 / 11 Noyabr 2026
102
19:33 / 11 Noyabr 2026
127
19:19 / 11 Noyabr 2026
171
19:07 / 11 Noyabr 2026
114
18:42 / 11 Noyabr 2026
473
18:39 / 11 Noyabr 2026
242
18:35 / 11 Noyabr 2026
187
18:30 / 11 Noyabr 2026
225
18:29 / 11 Noyabr 2026
260
18:23 / 11 Noyabr 2026
151
18:17 / 11 Noyabr 2026
241
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.