Bakını hədələyən iranlı deputata sərt cavab: “3-4 saata yox olmaq qorxusu öz ölkənizdədir"
10 İyun 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2922
12.05.2026, 23:43
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni - 30.1.14-cü maddədə əksini tapıb.
Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni - 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb.
Layihəyə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək. Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Ağacdan sənayedə istifadəyə dair qanun layihəsi hazırlanır.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
“Sənayedə istifadə üçün ağac anlayışı bizim qanunvericiliyimizdə yoxdur. Bununla bağlı yeni qanun layihəsi hazırlanır və razılaşdırma mərhələsindədir”, - deyə komitə sədri bildirib.
***
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir, ağaclar dəyəri ödənilməklə kəsiləcək, kollar üçün isə ödəniş alınmayacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda yaşıllıqların götürülməsinə yol veriləcək. Bu halda yaşıllıqların götürülməsi (kəsilməsi) ağaclara münasibətdə onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilməlidir.
Layihəyə əsasən, bu halda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.
Kolların kəsilməsi ilə bağlı isə məlumatlandırma icraatı həyata keçirilməlidir.
Ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl müvafiq məlumatlar təqdim olunur. Yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 (on) təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə, ərizəçi kolların kəsilməsini həyata keçirə bilər. İrad olduqda, həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Qeyd edək ki, hazırda ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda da yaşıllıqların götürülməsinə yol verilir. Təklif olunan dəyişikliyə görə, bu halda da ağaclara münasibətdə onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra prosesin həyata keçirilməsi şərti müəyyənləşir.
Layihədə ağac və kol anlayışları da əksini tapıb.
Əgər hazırda yaşıllıqların götürülməsi qanunda icazə verilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir sayılırdısa, yeni təklif oluna dəyişikliklərlə əlaqədar bu sıraya ağac, kol və digər bitkilərin bərpa edilmədən kəsilməsi daxil edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Quba rayonunun 3 kəndinin adı dəyişdirilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.
Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.
01:04 / 10 İyun 2026
125
00:24 / 10 İyun 2026
156
00:01 / 10 İyun 2026
123
23:52 / 09 İyun 2026
148
23:36 / 09 İyun 2026
251
23:26 / 09 İyun 2026
129
23:23 / 09 İyun 2026
122
23:15 / 09 İyun 2026
121
23:09 / 09 İyun 2026
106
23:03 / 09 İyun 2026
170
22:59 / 09 İyun 2026
257
22:52 / 09 İyun 2026
447
22:41 / 09 İyun 2026
122
22:06 / 09 İyun 2026
126
21:47 / 09 İyun 2026
129
21:29 / 09 İyun 2026
160
21:23 / 09 İyun 2026
116
21:11 / 09 İyun 2026
153
21:01 / 09 İyun 2026
113
21:00 / 09 İyun 2026
122
20:40 / 09 İyun 2026
142
20:27 / 09 İyun 2026
137
20:10 / 09 İyun 2026
1278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.