2027-ci ildə Azərbaycanda böyük həcmli sosial paket icra olunacaq -SAHİL BABAYEV
12 Noyabr 2026, 01:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
908
04.05.2026, 23:57
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Vladimir Zelenski haqqında kəskin ifadələr işlədib. O, hər iki lideri "beyinsiz rusofoblar" adlandırıb.
Oxu24.com xəbər verir ki, Medvedev öz "Telegram" kanalında rəhbərlərin İrəvandakı görüşünü məsxərəyə qoyub. O qeyd edib ki, rus dilini mükəmməl bilən bu şəxslər öz "qüsurları" səbəbindən zəif ingilis dilində ünsiyyət qurmağa çalışıblar.
Medvedevin fikrincə, bu davranış sadəcə kameralar üçün nəzərdə tutulub və onlar daha sonra özlərinə doğma olan "böyük və qüdrətli" rus dilində danışmağa davam ediblər. Rusiya rəsmisi kinayə ilə əlavə edib ki, bu "tələbələrin" ingilis dili imtahanını qəbul etmək üçün məkanda yalnız Tramp və Vensin iştirakı çatışmır.
Medvedevin bu sözləri analitiklər tərəfindən Ermənistana hər hansı hərbi qüvvənin yeridilməsi ehtimalını gündəmə gətirən bir xəbərdarlıq kimi qiymətləndirilir. Xüsusilə Margarita Simonyanın "Putinin xələfi Ermənistana qarşı mütləq tədbirlər görəcək" bəyanatından sonra, Medvedevin bu kəskin ritorikası Moskvanın İrəvana qarşı sərt güc tətbiq edə biləcəyi barədə siqnal hesab olunur. Rusiya tərəfi Ermənistanın müstəqil xarici siyasət kursunu "nankorluq" adlandıraraq, "rus maraqlarının müdafiəsi" adı altında hərbi müdaxilə variantını istisna etmir.
01:25 / 12 Noyabr 2026
59
00:55 / 12 Noyabr 2026
56
00:43 / 12 Noyabr 2026
82
00:35 / 12 Noyabr 2026
165
00:33 / 12 Noyabr 2026
87
00:27 / 12 Noyabr 2026
98
00:24 / 12 Noyabr 2026
106
00:19 / 12 Noyabr 2026
119
00:17 / 12 Noyabr 2026
149
00:11 / 12 Noyabr 2026
116
23:54 / 11 Noyabr 2026
100
23:52 / 11 Noyabr 2026
103
23:50 / 11 Noyabr 2026
128
23:45 / 11 Noyabr 2026
945
23:28 / 11 Noyabr 2026
98
23:24 / 11 Noyabr 2026
109
23:18 / 11 Noyabr 2026
124
23:09 / 11 Noyabr 2026
122
23:03 / 11 Noyabr 2026
110
23:01 / 11 Noyabr 2026
132
22:55 / 11 Noyabr 2026
106
22:38 / 11 Noyabr 2026
174
22:31 / 11 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.