Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Rusiya Ermənistana qoşun yeridir? - Medvedevdən ŞOK AÇIQLAMA

TƏCİLİ! Rusiya Ermənistana qoşun yeridir? - Medvedevdən ŞOK AÇIQLAMA

SİYASƏT

143

04.05.2026, 23:57

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Vladimir Zelenski haqqında kəskin ifadələr işlədib. O, hər iki lideri "beyinsiz rusofoblar" adlandırıb.

Oxu24.com  xəbər verir ki, Medvedev öz "Telegram" kanalında rəhbərlərin İrəvandakı görüşünü məsxərəyə qoyub. O qeyd edib ki, rus dilini mükəmməl bilən bu şəxslər öz "qüsurları" səbəbindən zəif ingilis dilində ünsiyyət qurmağa çalışıblar.

Medvedevin fikrincə, bu davranış sadəcə kameralar üçün nəzərdə tutulub və onlar daha sonra özlərinə doğma olan "böyük və qüdrətli" rus dilində danışmağa davam ediblər. Rusiya rəsmisi kinayə ilə əlavə edib ki, bu "tələbələrin" ingilis dili imtahanını qəbul etmək üçün məkanda yalnız Tramp və Vensin iştirakı çatışmır.

Medvedevin bu sözləri analitiklər tərəfindən Ermənistana hər hansı hərbi qüvvənin yeridilməsi ehtimalını gündəmə gətirən bir xəbərdarlıq kimi qiymətləndirilir. Xüsusilə Margarita Simonyanın "Putinin xələfi Ermənistana qarşı mütləq tədbirlər görəcək" bəyanatından sonra, Medvedevin bu kəskin ritorikası Moskvanın İrəvana qarşı sərt güc tətbiq edə biləcəyi barədə siqnal hesab olunur. Rusiya tərəfi Ermənistanın müstəqil xarici siyasət kursunu "nankorluq" adlandıraraq, "rus maraqlarının müdafiəsi" adı altında hərbi müdaxilə variantını istisna etmir.