Putin Paşinyanla nə danışdı?
27 İyul 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2069
03.05.2026, 12:05
Oxu24.com xəbər verir ki, Azərbaycan ilə Avropa Parlamenti arasındakı münasibətlər kritik həddə çatıb. Milli Məclis tərəfindən bu qurumla bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması və əməkdaşlığa son qoyulması məsələsi gündəmə gətirilib. Rəsmi Bakının bu qətiyyətli addımı Avropa Parlamentinin illərdir davam edən qərəzli, birtərəfli və beynəlxalq hüququn prinsiplərinə zidd fəaliyyətinə cavab xarakteri daşıyır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi son sənədlər bu təşkilatın artıq obyektivliyini tamamilə itirdiyini sübut edir.
Deputat vurğulayıb ki, Avropa Parlamenti Azərbaycanın Qarabağ üzərində öz suverenliyini təmin etməsini və separatizmin kökünü kəsməsini həzm edə bilmir:
“44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra bu təşkilatın ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnamələrin, belə demək mümkünsə, sayı-hesabı yoxdur. Görünən odur ki, Avropa Parlamenti hər zaman Ermənistanın “vəkili” rolunda çıxış edir. Təşkilatın “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnaməsi də məhz bu ölkəyə, xüsusən də seçki ərəfəsində Paşinyan hakimiyyətinə xidmət edən bir siyasi sifarişdir”.
“Avropa dəyərləri lobbi maraqlarına qurban verilir"
S.Vəliyev qeyd edib ki, müasir Avropa təsisatları yarandıqları dövrdə bəyan etdikləri fundamental prinsiplərdən – insan haqları və beynəlxalq hüquqdan uzaqlaşıblar. Hazırda bu qurumlar müəyyən beynəlxalq güclərin və erməni lobbisinin diqtəsi ilə hərəkət edir:
“Bu gün Avropa dəyərlərinin aşınmaya məruz qalması təəssüf doğurur. Avropa Parlamenti artıq islamofob və türkəfob dairələrin əlində bir alətə çevrilib. Onların qəbul etdiyi kağız parçalarının Azərbaycan üçün heç bir hüquqi qüvvəsi yoxdur. Ermənistanın 30 illik işğalı dövründə 1 milyona yaxın qaçqın və köçkünün hüquqlarını görməzdən gələnlərin bu gün bizə “demokratiya” dərsi keçməyə mənəvi haqqı yoxdur”.
“Uduzan tərəf Azərbaycan olmayacaq"
Münasibətlərin kəsilməsinin Azərbaycanın beynəlxalq imicinə zərər vura bilməyəcəyini deyən deputat, keçmiş təcrübələri xatırladıb:
“Təcrübə göstərir ki, münasibətlərin pozulmasında uduzan tərəf Azərbaycan deyil. Məsələn, AŞPA-nın qərəzli mövqeyindən sonra əməkdaşlığı dayandırdıq. Nəticədə AŞPA nə qazandı? Əlbəttə ki, heç nə. Eyni proses Avropa Parlamentinə də şamil olunacaq. Avropa İttifaqı və Avropa Komissiyası rəsmi Bakı ilə əməkdaşlığa böyük önəm verdiyi bir vaxtda, parlamentin bu mövqeyi tamamilə yanlışdır”.
Samir Vəliyev sonda təklif edib ki, Azərbaycan parlamenti həm Avropa Parlamenti, həm də Avronest Parlament Assambleyası ilə əməkdaşlığı tamamilə və rəsmən dayandırmalıdır, çünki bu təşkilatların ölkəmizə qarşı dəyişməyən qərəzli yanaşması hər hansı konstruktiv dialoqu qeyri-mümkün edir.
Çimnaz Telmanqızı
21:29 / 27 İyul 2026
14
20:50 / 27 İyul 2026
36
20:19 / 27 İyul 2026
71
20:00 / 27 İyul 2026
83
19:59 / 27 İyul 2026
71
19:46 / 27 İyul 2026
449
19:30 / 27 İyul 2026
102
19:15 / 27 İyul 2026
83
19:13 / 27 İyul 2026
103
19:02 / 27 İyul 2026
90
18:48 / 27 İyul 2026
723
18:45 / 27 İyul 2026
111
18:33 / 27 İyul 2026
77
18:30 / 27 İyul 2026
804
18:22 / 27 İyul 2026
81
18:20 / 27 İyul 2026
2872
18:10 / 27 İyul 2026
99
17:59 / 27 İyul 2026
92
17:40 / 27 İyul 2026
96
17:23 / 27 İyul 2026
211
17:07 / 27 İyul 2026
99
17:00 / 27 İyul 2026
97
16:42 / 27 İyul 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.