Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
28 Aprel 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
58
28.04.2026, 18:54
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mərakeşli həmkarı Hicham El Blaouinin dəvəti ilə Rabat şəhərində işgüzar səfərdədir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, səfər çərçivəsində, Baş prokuror Kamran Əliyev Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olub, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Səfirliyin heyəti ilə görüşdə ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə barədə fikir mübadiləsi aparıb.
Mərakeş Krallığının Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev qeyd edib ki, Mərakeş Krallığı Azərbaycan üçün dost ölkədir və beynəlxalq platformalarda mütəmadi olaraq ölkəmizlə həmrəy mövqe nümayiş etdirib. Xüsusilə son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçıları Prezident İlham Əliyev və əlahəzrət Kral VI Məhəmmədin uzaqgörən siyasəti və səyləri nəticəsində daha da dərinləşib.
Hicham El Blaoui qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Mərakeş Krallığı Prokurorluğunun fəaliyyəti barədə məlumat verən ev sahibi son illərdə Azərbaycan Prokurorluğuda həyata keçirilmiş köklü islahatlar və tətbiq edilmiş yeni institutlar nəticəsində fəaliyyətin səmərəliliyinin artırılması barədə məlumatlı olduqlarını qeyd edib, ölkəmizin təcrübəsinin, xüsusilə prokurorluq orqanlarının fəaliyyətinin elektronlaşdırılması və cinayət təqibinin rəqəmsallaşdırılması ilə bağlı görülən işlərin onların üçün xüsusi maraq kəsb etməsini və təcrübə mübadiləsinin həyata keçirilməsini istədiklərini bildirib.
Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, o cümlədən transmilli cinayətlər və maliyyə cinayətlərinin istintaqı, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin oxuyun
Sonra nümayəndə heyəti Mərakeş Prokurorluğunun fəaliyyəti ilə tanış olub. Görüş zamanı gələcəkdə qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ətrafında müzakirə aparılaraq razılıq əldə edilib.
Görüşdə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səfərov da iştirak edib.
Nümayəndə heyətinin səfəri davam edir, digər dövlət qurumlarının rəhbərləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub.
21:40 / 28 Aprel 2026
7
21:29 / 28 Aprel 2026
34
21:18 / 28 Aprel 2026
26
21:04 / 28 Aprel 2026
46
20:50 / 28 Aprel 2026
40
20:39 / 28 Aprel 2026
50
20:19 / 28 Aprel 2026
49
20:11 / 28 Aprel 2026
85
20:10 / 28 Aprel 2026
47
20:06 / 28 Aprel 2026
40
19:59 / 28 Aprel 2026
49
19:58 / 28 Aprel 2026
54
19:57 / 28 Aprel 2026
45
19:56 / 28 Aprel 2026
42
19:48 / 28 Aprel 2026
47
19:44 / 28 Aprel 2026
51
19:42 / 28 Aprel 2026
51
19:40 / 28 Aprel 2026
56
19:37 / 28 Aprel 2026
45
19:28 / 28 Aprel 2026
60
19:21 / 28 Aprel 2026
55
19:07 / 28 Aprel 2026
60
18:48 / 28 Aprel 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.