Ələt qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
27 İyul 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
978
28.04.2026, 14:58
Nazirlər Kabineti “Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişikliklər edib.
Oxu24.com-un xəbərinə görə, qərara əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların və sənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi halları müəyyən edildikdə maliyyə institutu tərəfindən şəxs və aşkar olunmuş pozuntu barədə yazılı məlumat dərhal İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilməlidir.
Xarici ölkənin qanunvericiliyinə uyğun olaraq hüquqi təsisat formasında yaradılmış hesabatverən maliyyə institutu adından çıxış etməklə onun maliyyə hesablarının saxlanılmasını və bu Qaydalarla müəyyən edilmiş hesabatvermə və hərtərəfli yoxlama öhdəliklərinin yerinə yetirilməsini təmin edən şəxs (trasta münasibətdə trastın idarəçisi) hesabatverən maliyyə institutunun Qanunla müəyyən edilən məsuliyyəti həddində məsuliyyət daşıyır.
Depozitar fəaliyyəti dedikdə, fəaliyyətinin əhəmiyyətli hissəsi digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılmasından ibarət olan fəaliyyət nəzərdə tutulur. Hüquqi şəxsin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20%-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması hüquqi şəxsin fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:
- hüquqi şəxsin depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üçillik müddət;
- hüquqi şəxsin fəaliyyət göstərdiyi müddət.
19:15 / 27 İyul 2026
1
19:13 / 27 İyul 2026
5
19:02 / 27 İyul 2026
14
18:48 / 27 İyul 2026
265
18:45 / 27 İyul 2026
64
18:33 / 27 İyul 2026
53
18:30 / 27 İyul 2026
397
18:22 / 27 İyul 2026
54
18:20 / 27 İyul 2026
2850
18:10 / 27 İyul 2026
59
17:59 / 27 İyul 2026
66
17:40 / 27 İyul 2026
76
17:23 / 27 İyul 2026
157
17:07 / 27 İyul 2026
81
17:00 / 27 İyul 2026
82
16:42 / 27 İyul 2026
74
16:21 / 27 İyul 2026
79
16:18 / 27 İyul 2026
202
16:16 / 27 İyul 2026
100
15:59 / 27 İyul 2026
106
15:45 / 27 İyul 2026
90
15:21 / 27 İyul 2026
99
15:20 / 27 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.