HÜRJET Avropa səmalarına qalxır: Türkiyənin böyük uğuru
28 Aprel 2026, 15:53
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
197
28.04.2026, 18:29
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək.
Oxu24.com xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilir.
Məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Həmçinin oxuyun
Qeyd edilib ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi v. sair) halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən – fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti vardır.
Bu məsələnin həlli üçün qanunvericiliyə “Şəxsi jeton” anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.
20:11 / 28 Aprel 2026
15
20:10 / 28 Aprel 2026
6
20:06 / 28 Aprel 2026
16
19:59 / 28 Aprel 2026
22
19:58 / 28 Aprel 2026
27
19:57 / 28 Aprel 2026
22
19:56 / 28 Aprel 2026
14
19:48 / 28 Aprel 2026
28
19:44 / 28 Aprel 2026
35
19:42 / 28 Aprel 2026
32
19:40 / 28 Aprel 2026
30
19:37 / 28 Aprel 2026
24
19:28 / 28 Aprel 2026
41
19:21 / 28 Aprel 2026
38
19:07 / 28 Aprel 2026
40
18:54 / 28 Aprel 2026
41
18:48 / 28 Aprel 2026
52
18:48 / 28 Aprel 2026
44
18:18 / 28 Aprel 2026
669
18:04 / 28 Aprel 2026
84
17:40 / 28 Aprel 2026
55
17:05 / 28 Aprel 2026
68
16:44 / 28 Aprel 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.