Türkiyə modeli Azərbaycanda tətbiq ediləcək? – Hərbi ekspert DANIŞDI
03 İyul 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
506
28.04.2026, 15:53
Madriddəki Airbus müəssisələrində Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal edilən yerli istehsal olan reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracı ilə bağlı imza mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, Müdafiə Sənayesi Rəyasət Heyətinin (SSB) prezidenti Haluk Görgün bu barədə rəsmi açıqlama edib.
"Bu gündən etibarən bu müqaviləni bütün dünyaya elan edirik",-deyə rəsmi şəxs bildirib.
İmza mərasimində TUSAŞ və Airbus rəsmiləri, Müdafiə Sənayesi Rəyasət Heyətinin prezidenti Haluk Görgün, İspaniya Müdafiə Nazirliyinin dövlət katibi Maria Amparo Valkarse Qarsiya, Türkiyənin Madriddəki səfiri Nüket Küçükel Əzbərçi və hər iki ölkənin yüksək vəzifəli hərbi rəsmiləri iştirak ediblər.
Sazişi Görgün, İspaniya Müdafiə Nazirliyinin Silah və Avadanlıq üzrə baş direktoru Admiral Aniceto Rosique, Airbus Defence & Space şirkətinin Hava Qüvvələri üzrə rəhbəri Jean Brice Dumont, Müdafiə Sənayesi Başkanlığının müavini Gökhan Uçar və TUSAŞ-ın baş meneceri Mehmet Demiroğlu imzalayıblar.
Mərasimdə çıxış edən Görgün, "Bu, son deyil, başlanğıcdır" deyərək, bu sazişin Türkiyə ilə İspaniya arasında əlaqələri hər cəhətdən əhəmiyyətli dərəcədə gücləndirəcəyini vurğulayıb.
Jalə
14:48 / 07 İyul 2026
1
14:46 / 07 İyul 2026
9
14:31 / 07 İyul 2026
39
14:00 / 07 İyul 2026
58
13:55 / 07 İyul 2026
55
13:52 / 07 İyul 2026
70
13:45 / 07 İyul 2026
67
13:40 / 07 İyul 2026
73
13:36 / 07 İyul 2026
73
13:29 / 07 İyul 2026
74
13:23 / 07 İyul 2026
68
13:15 / 07 İyul 2026
76
13:10 / 07 İyul 2026
985
12:54 / 07 İyul 2026
325
12:53 / 07 İyul 2026
78
12:42 / 07 İyul 2026
82
12:31 / 07 İyul 2026
481
12:25 / 07 İyul 2026
86
12:18 / 07 İyul 2026
162
12:00 / 07 İyul 2026
1914
11:58 / 07 İyul 2026
91
11:52 / 07 İyul 2026
236
11:51 / 07 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.