Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
980
28.04.2026, 14:12
Prezident İlham Əliyev "Dövlət xidmətləri haqqında" 31 oktyabr 2025-ci il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə 3 dekabr 2025-ci il tarixli fərmanında dəyişiklik edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN Xidmət") yeni səlahiyyət verilib.
Belə ki, dövlət xidmətinin istifadəçisi üçün vahid hüquqi nəticənin yaranmasına səbəb olan hər hansı bir inzibati icraat fərqli xidmət təminatçıları tərəfindən təmin edilən bir neçə dövlət xidmətindən ibarətdirsə, həmin dövlət xidmətləri İqtisadiyyat Nazirliyi, vahid xidmət mərkəzlərində isə "ASAN Xidmət" tərəfindən əlaqələndirilməklə formalaşdırılmalıdır.
Eyni zamanda dövlət xidmətlərinin göstərilməsinin çevikliyini, səmərəliliyini artırmaq, habelə xidmət istifadəçilərinin əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaq, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaları tətbiq etməklə həyata keçirilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda dövlət xidmətləri xidmət təminatçısına tabe olmayan, maraqlar toqquşmasını istisna edən nəzarət və monitorinq mexanizminin təmin edildiyi vahid və əlaqələndirilmiş formada sözügedən dövlət qurumlarının müəyyən etdiyi orqanın (qurumun) vahid xidmət mərkəzlərində həyata keçirilə bilər. Bu halda xidmət təminatçısı tərəfindən vahid xidmət mərkəzlərində həyata keçirilən dövlət xidmətinin dizaynının hazırlanması və reqlamentinin təsdiq edilməsi "ASAN Xidmət"in müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həyata keçirilir.
Bundan başqa, dövlət xidmətinin göstərilməsi ilə əlaqədar həmin xidmət üzrə xidmət təminatçısından əlavə sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki və hüquqi şəxslər tərəfindən əlavə xidmətlər göstərilirsə, həmin fiziki və hüquqi şəxslərin siyahısı xidmət təminatçısının və "ASAN Xidmət"in müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və aktuallığı təmin edilir.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.