TƏCİLİ! İranda hakimiyyət ONLARIN əlinə keçdi – TƏSDİQLƏNDİ
28 Aprel 2026, 21:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
90
28.04.2026, 20:11
ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi tədbirdə baş verən silahlı insident dünya gündəmini silkələməyə davam edir. Təhlükəsizlik xidmətinin fəaliyyəti, sui-qəsdçinin zala daxil olma yolu və ABŞ-dakı siyasi radikallaşma ilə bağlı politoloqlar Sabir Məmmədli və Asif Nərimanlı Oxu24.com-a danışıblar.
Politoloq Sabir Məmmədli: "Trumpın təhlükəsizlik xidmətinə ciddi irad tutmaq olar":
"Amerika Birləşmiş Ştatlarında silah əldə etmək, yəni mağazadan, yaxud deyək ki, xüsusi başqa satış yerlərindən əldə etmək xeyli dərəcədə sərbəstdir. Yəni ABŞ qanunvericiliyi belə bir liberal maddələri özündə əks etdirir və bu qaydalardan istifadə edərək əslində çox adam silah əldə edir, satın alır, özündə saxlayır. Birinci bunu qeyd etmək lazımdır.
Bunun davamı olaraq Amerika cəmiyyətində son dövrdə kifayət qədər ciddi qütbləşmə gedir və bu qütbləşmə siyasi xadimlərə qarşı, siyasi rəhbərliyə qarşı da kəskin dərəcədə hiss olunur. Eyni zamanda insanlar normadan artıq öz siyasi ideyalarına vurğun olduqlarına görə, bu da əlavə bir şərait yaradır ki, öz opponentlərinə qarşı dözümsüzlük nümayiş etdirsinlər.
Belə olan halda ABŞ prezidentinin təhlükəsizlik xidmətinin, yəni zəifliyindən geniş mənada danışmaq doğru olmazdı, amma konkret əgər bu faktdan söhbət gedirsə, sonuncu faktdan söhbət gedirsə, hə burda demək olar ki, bəli, o silahlı şəxs necə oldu ki, jurnalistlərlə belə axşam-şam yeməyində, yəni prezidentin olduğu yerdə o zala daxil olmaq, yəni ona yaxınlaşmaq, o zala yaxınlaşmaq niyə mümkün oldu? Çünki, nəzərə almaq lazımdır, bayırdan birbaşa demək olar ki, zala yaxınlaşmaq mümkün deyil. Çünki, orda məsafə var, yəqin ki, otelə girirlər, oteldən bir dəhlizlə gedirlər, ya hansısa bir holdan keçirlər və s. Sonra artıq həmin o tədbir olan yerə daxil olmaq mümkündür.
O mənada düşünürəm ki, bəli, Trampın təhlükəsizlik xidməti və ümumiyyətlə otelin təhlükəsizlik xidməti xeyli dərəcədə zəiflik göstərmişdi ki, belə bir hadisə baş verdi və o şəxs o zala yaxın məsafəyə gəlib çıxmışdı. Çünki, bir çox məlumatlara görə elə təxminən zalın girişində o atışma olmuşdu.
Eyni zamanda kadrlardan görünür ki, onlar kifayət qədər ləng hərəkət etdilər. Məsələn, vitse-prezident Vancenin təhlükəsizlik xidmətinin işçiləri, əməkdaşları onu tez təxliyə etdilər, amma məsələn, Tramp xeyli gecikdi. Düzdür, sonradan açıqlama verdi ki, guya öz marağından tələsmirdi, amma burada maraqdan söhbət gedə bilməz, əməkdaşlar onu həmin an götürüb çıxarmalıydılar. Səbəbləri budur və bütövlükdə son illər Amerika cəmiyyətində bu radikallaşma, dözümsüzlük özünü göstərir və Donald Tramp da biz görürük ki, bu radikal qrupların düşüncəsinə uyğun olaraq hərəkət edir, bir-birini inkar edən açıqlamalar verir, nəzarətsiz nitqlərdir, onun dilindən səslənən bir-birinə zidd olan fikirlərdir və bütün bunlar hamısı sözsüz ki, psixoloji cəhətdən qeyri-sabit olan insanları özünə yönəltmiş olur”,-deyə politoloq fikrini tamamlayıb.
Politoloq Asif Nərimanlı: "Bu, təhlükəsizlik boşluğunun olduğunu ortaya çıxardı":
"Amerika prezidentinin iştirak etdiyi tədbirdə silahlı insidentin baş verməsi, silahlı hücum olması, bu təhlükəsizlik problemi, təhlükəsizliklə bağlı boşluğun olduğunu ortaya çıxardı. Yəni bunun başqa bir adı yoxdur. Amerika tərəfi ilk silahlı insidentin oteldən kənarda baş verdiyini deməklə bu təhlükəsizlik boşluğunu gizlətməyə çalışdı. Amma reallıq budur ki, hadisə, yəni silahlı hücum içəridə olub, otelin içində olub. Və silahlı hücum edən şəxs daha öncədən oteldə qonaq kimi qalıb. Yəni bu göstərir ki, prezidentin təhlükəsizlik xidməti ya işini tam həyata keçirə bilməyiblər, yəni əvvəlcədən bütünlüklə oteli nəzarətə götürə bilməyiblər, araşdıra bilməyiblər, ya bunu bacarmayıblar, ya da məsələyə laqeyd yanaşıblar”.
Politoloqun sözlərinə görə, bu silahlı insidenti siyasi səbəblərə bağlamaq olar, amma sırf hadisəyə baxdıqda, insidentə baxdıqda, burada təhlükəsizlik boşluğunun olduğu bəlli məsələdir:
“Düşünürəm ki, əslində daha öncədən bu cür hadisə Trampa qarşı baş vermişdi. Həmin hadisədən sonra bu hadisənin də baş verməsi, yenidən təkrarlanması təhlükəsizliklə bağlı ciddi problemlərin olduğunu deməyə əsas verir. Təbii ki, Amerikada bu cür hadisələr niyə çox baş verir – fikrimcə, bu, siyasi gərginliyin, siyasi qarşıdurmanın daha çox olması və kəskin olmasından qaynaqlana bilər.
Tarixə baxdıqda Amerikada Kennedinin ölümü olsun, ondan əlavə zaman-zaman həmin liderlərə qarşı, həmin siyasətçilərə qarşı sui-qəsd cəhdləri olsun, sui-qəsdlərin törədilməsi olsun – bu kimi hadisələr kifayət qədər çoxdur. Bu da Amerika cəmiyyətindəki, Amerikadakı siyasi gərginlikdən, siyasi qarşıdurmadan qaynaqlanır. Tarixi olaraq baxdıqda Amerikada vətəndaş müharibəsi vaxtında yaşanmışdı. Və vətəndaş müharibəsinin yaşanması belə göstərdi ki, bu cəmiyyətdə gərginlik, qarşıdurma kifayət qədər çoxdur. Və həmin qarşıdurma bu gün də davam edir. Bu qarşıdurma mütləq şəkildə praktik müstəvidə, əməli formada olmasa belə, siyasi müzakirələrdə, siyasi debatlarda bunu görmək mümkündür. Və hesab edirəm ki, Amerikada bu cür halların çox olması siyasi müxtəlifliyə, daha doğrusu siyasi gərginliyin kəskin olmasına qaynaqlana bilən məsələdir”.
Çimnaz Telmanqızı
21:40 / 28 Aprel 2026
7
21:29 / 28 Aprel 2026
34
21:18 / 28 Aprel 2026
26
21:04 / 28 Aprel 2026
46
20:50 / 28 Aprel 2026
40
20:39 / 28 Aprel 2026
50
20:19 / 28 Aprel 2026
49
20:10 / 28 Aprel 2026
47
20:06 / 28 Aprel 2026
40
19:59 / 28 Aprel 2026
49
19:58 / 28 Aprel 2026
54
19:57 / 28 Aprel 2026
45
19:56 / 28 Aprel 2026
42
19:48 / 28 Aprel 2026
47
19:44 / 28 Aprel 2026
51
19:42 / 28 Aprel 2026
51
19:40 / 28 Aprel 2026
56
19:37 / 28 Aprel 2026
45
19:28 / 28 Aprel 2026
60
19:21 / 28 Aprel 2026
55
19:07 / 28 Aprel 2026
60
18:54 / 28 Aprel 2026
56
18:48 / 28 Aprel 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.