Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
27 İyul 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
589
28.04.2026, 18:48
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı WUF13 Azərbaycan Əməliyyat Şirkəti yayıb.
Bildirilib ki, monitorinq çərçivəsində mayın 1-də saat 10:00–16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.
“Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxil ola və çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.
WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib”, – məlumatda qeyd olunub.NOCOMMENT.az
20:19 / 27 İyul 2026
46
20:00 / 27 İyul 2026
71
19:59 / 27 İyul 2026
61
19:46 / 27 İyul 2026
330
19:30 / 27 İyul 2026
90
19:15 / 27 İyul 2026
78
19:13 / 27 İyul 2026
93
19:02 / 27 İyul 2026
80
18:48 / 27 İyul 2026
601
18:45 / 27 İyul 2026
104
18:33 / 27 İyul 2026
75
18:30 / 27 İyul 2026
696
18:22 / 27 İyul 2026
80
18:20 / 27 İyul 2026
2869
18:10 / 27 İyul 2026
94
17:59 / 27 İyul 2026
88
17:40 / 27 İyul 2026
95
17:23 / 27 İyul 2026
194
17:07 / 27 İyul 2026
97
17:00 / 27 İyul 2026
95
16:42 / 27 İyul 2026
93
16:21 / 27 İyul 2026
90
16:18 / 27 İyul 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.