Prezident İlham Əliyev Vaşinqtonda görüş keçirib
18 Fevral 2026, 20:51
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
83
18.02.2026, 18:49
İranın ali lideri Seyid Əli Xamenei dünən Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Şərqi Azərbaycan əyalətindən olan insanlarla – azərbaycanlılarla görüşüb. Görüş 18 fevral 1978-ci ildə Təbriz əhalisinin Şah rejiminə qarşı tarixi qiyamının növbəti ildönümü ilə bağlı keçirilib.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, türkiyəli jurnalist Gürkan Demir Xameneinin təbrizlilərlə görüşündən reportaj hazırlayıb.
Sosial media hesabında paylaşım edən jurnalist bildirib ki, salonda ən çox səslənən şüar “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” olub.
Onun sözlərinə görə, görüşdə Təbrizdən gələn 1000-dən çox insan İslam Respublikasına sadiqliyini vurğulayıb.
“Mən görüşdə iştirak edən yeganə türk media nümayəndəsi idim. Orada “Ulusal” kanal və “Aydınlıq” qəzetini təmsil edirdim”, – jurnalist qeyd edib.
Bakupost.az
Gürkan Demirin sözlərinə Xamenei ilə görüşə Təbrizdən olan hərbçilər, polis məmurları, siyasi rəsmilər, din alimləri və adi vətəndaşlar gəlmişdilər:
“Körpələri ilə birlikdə gələnlər və əlil arabalarında olanlar var idi…
Keçmiş prezident İbrahim Rəisi ilə birlikdə helikopter qəzasında həlak olan Təbrizin cümə imamının atası da iştirakçılar arasındaydı… Şərqi Azərbaycanın aparıcı futbol komandası “Traktor”un azarkeş qrupu da orada idi. Onlar komanda şərfləri və gödəkçələri ilə gəlmişdilər. Həmçinin özləri ilə gətirdikləri və üzərində “Yaşasın Azərbaycan” yazısı olan İran bayrağını da açdılar.
Ayətullah Xamenei içəri girəndə salondakılar hərəkətləndilər. Hətta bəziləri sevinc və həyəcandan göz yaşları tökdülər. Onlar əllərində 12 günlük İran-İsrail müharibəsində şəhid olmuş təbrizli polis və əsgərlərin fotoşəkillərini tutmuşdular”.
Türkiyəli jurnalist bildirib ki, Xamenei ilə görüşən təbrizlilər bir sıra şüarlar səsləndirib, fars və Azərbaycan türkcəsində mərsiyə və himnlər oxuyublar.
“Xüsusi olaraq bəstələnmiş himn ucadan və eyni anda oxundu.
Səsləndirilən şüarlardan bəziləri bunlar idi:
– Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!;
– Azərbaycan oyaqdır, inqilaba dayaqdır!;
– Azərbaycan qan verər, inqilaba can verər!;
– Azərbaycan-e canbaz, Xameneidən ayrılmaz!;
– Biz ölməyə hazırıq, Xameneinin sərbazıyıq!;
– Allahu əkbər, Xamenei rəhbər!”
Gürkan Demirin sözlərinə görə, görüşdə Ayətullah Xamenei yanvar iğtişaşları zamanı yetkin mövqe nümayiş etdirdiklərinə görə Şərqi azərbaycanlıları tərifləyib, onlara təşəkkür edib.
“Təxminən üç saatlıq görüş ərzində həm vətəndaşlarla söhbət etmək, həm də müsahibələr almaq imkanım oldu. Şərqi Azərbaycandan gələlər əsasən belə deyirdilər: “Liderimiz və vətənimiz üçün canımızı və qanımızı qurban verməyə hazırıq! Biz hər vəziyyətdə liderimizin arxasında dururuq. İqtisadi, siyasi və hərbi çətinliklərin öhdəsindən gələcəyik!”, – türkiyəli jurnalist yazıb.
Həmçinin oxuyun
21:49 / 18 Fevral 2026
16
21:47 / 18 Fevral 2026
1
21:40 / 18 Fevral 2026
23
21:27 / 18 Fevral 2026
33
21:18 / 18 Fevral 2026
87
21:10 / 18 Fevral 2026
197
21:09 / 18 Fevral 2026
94
20:56 / 18 Fevral 2026
58
20:51 / 18 Fevral 2026
47
20:48 / 18 Fevral 2026
49
20:41 / 18 Fevral 2026
76
20:31 / 18 Fevral 2026
405
20:27 / 18 Fevral 2026
57
20:03 / 18 Fevral 2026
68
19:45 / 18 Fevral 2026
97
19:34 / 18 Fevral 2026
67
19:26 / 18 Fevral 2026
73
19:06 / 18 Fevral 2026
80
18:59 / 18 Fevral 2026
80
18:40 / 18 Fevral 2026
89
18:29 / 18 Fevral 2026
97
18:13 / 18 Fevral 2026
97
17:43 / 18 Fevral 2026
503
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.