Məşhur hotel sökülür?
11 May 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
750
18.02.2026, 21:18
Milyonlarla müsəlman üçün ilin ən müqəddəs zamanı hesab olunan Ramazan ayı hər il təqvimlərdə 11 gün önə çəkilərək fəsilləri növbə ilə gəzir. Dörd il sonra tamamlanacaq 33 illik dövriyyə isə indidən marağa səbəb olub. Belə ki, 2030-cu ildə iki dəfə Ramazan ayı olacaq.
Oxu24.com Demokrat.az-a istinadən xəbər verir ki, Ay təqviminə əsasən, Ramazan hər il təxminən 11 gün geriyə sürüşür. 2026-cı ildə fevralın 19-da başlayan müqəddəs ay gələn il fevralın 8-nə təsadüf edəcək. Bu qayda ilə hər il yerini dəyişən Ramazan ayı 2030-cu ilin yanvar ayına düşəcək.
Həmin il yanvarın 5-də başlayacaq orucluq ayı ilin sonuna doğru yenidən təkrarlanacaq. Təqvimdəki 11 günlük fərq səbəbindən növbəti Ramazan ayının ilk günü 2030-cu il dekabrın 26-na təsadüf edəcək. Beləliklə, eyni təqvim ili daxilində müsəlmanlar iki dəfə Ramazan ayının sevincini yaşayacaqlar.
Qeyd edək ki, bənzər hadisə sonuncu dəfə 1997-ci ildə baş verib. Hesablamalar göstərir ki, hər 33 ildən bir eyni il daxilində iki dəfə Ramazan ayı qeyd olunur. Bu nadir hal ay və günəş təqvimləri arasındakı vaxt fərqi nəticəsində yaranır. 2030-cu ilin ilk günlərində başlayan Ramazan ayının bayramı fevral ayına, ilin sonunda başlayacaq növbəti Ramazan ayının bayramı isə artıq 2031-ci ilə təsadüf edəcək.
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.