Məşhur hotel sökülür?
11 May 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
996
18.02.2026, 16:50
Qafqaz Müsəlmanları İdarəsi fitrə zəkatının məbləğini açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, 2026-cı il üçün fitrə zəkatının məbləği açıqlanıb.
Qərara görə, adambaşına 10-15 manat məbləğində fitrə zəkatının verilməsi tövsiyə olunur.
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Oxu24.com-a açıqlamasında məsələnin mənəvi və ictimai tərəflərinə aydınlıq gətirib:
“Fitrə zəkatı dini öhdəlikdir, yəni oruc saxlayan insanlar, hətta oruc saxlamayan insanlar da fitrə zəkatını versələr gözəl olar. Bu, şübhəsiz, insanlar arasında həmrəyliyi artırır. Çünki, ehtiyaclı insanlara əl tutmaq, ümumiyyətlə, cəmiyyətdə əlaqələri möhkəmləndirir, insanların birliyini möhkəmləndirir. Yalnız dini baxımdan bu məbləğ imkanlı insanlar üçündür(10-15 manat).
Dini mətnlərdə belə keçir: ən çox yediyin qida nədirsə, ondan 3 kiloqram miqdarında fitrə zəkatı çıxarırsan. Azərbaycanda ən çox yeyilən qida nədirsə, onun 3 kiloqram məbləğində. Bu, 10 manatdan az da ola bilər. Yəni 10-15 manat.
Kim istəsə daha çox verə bilər. Bu fitrə zəkatı İslamın sosial yönümlü din olmasını da göstərir. İslam fərdiyyətçi deyil. İslam sosial yönümlü dindir. İslam individualizmi qəbul etmir, rəhbaniyəti qəbul etmir.
Yəni, çəkil bir kənara, ancaq özün ibadət et, insanlarla işin olmasın, onların qayğısına qalma — bu baxış İslama yaddır, ziddir. İslam qayğıkeşliyi təbliğ eləyir:
* Fədakarlığı;
* Xidməti;
* İnsanlar arasında bölüşməyi;
* İmkanlıların imkansızlara əl tutmağını tövsiyə eləyir.
Kapitalizm kimi fərdiyyətçiliyi, individualizmi təbliğ etmir. Ona görə də müasir dövrün vəhşi kapitalizmi yalnız “Mənim cibim, mənim qazancım, mənim, mənim, mənim…” — bunu təbliğ edir. İslam isə bunun əksini təbliğ edir”,-deyə sosioloq qeyd edib.
Çimnaz Telmanqızı
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.