Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO
20 Aprel 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1158
18.02.2026, 21:10
Bir neçə gün əvvəl ABŞ-nin keçmiş prezidenti Barak Obama mediaya açıqlamasında Nevada səhrasında yerləşən gizli 51-ci Zona bazası ilə bağlı danışıb.O deyib ki, yadplanetlilər gerçəkdir,amma mən onları görməmişəm:Çünki, ABŞ prezidentindən də gizlədilən böyük bir sirrdir”.
Həqiqətən də yadplanetlilər varmı?Onlar dünyanın hansı bölgəsindədir?Azərbaycanla da bu iddiaların əlaqəsi varmı?
Mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Oxu24.com-a açıqlamasında Obama ilə eyni fikirdə olduğunu bildirir.
O da düşünür ki, sirr kimi saxlanılan “yadplanetlilər” mövzusunun ictimaiyyətə bütün çılpaqlığı ilə çıxarılmamasının əsas səbəbi planet sakinlərini təşvişə salmamaq,həyəcanlandırmamaqdır.Çünki “yadplanetlilər” in ətraflı tanıdılması, xüsusən, görünüşü cəmiyyətdə qorxu hissini yaradar, yaxud da psixoz hallara səbəb olar.
Zaur Əliyev qeyd edir ki, bu sahədə dərin araşdırmalar aparıb.
”Nəticələr təsdiq edir ki, hətta bizim Xəzər dənizinin dərinliklərində “yadplanetlilər”in bazası yerləşir.Mənim bununla bağlı mətbuatda xeyli məqalələrim var. Beynəlxalq İnformatika Akademiyasının “ufologiya və bioenergetika” şöbəsinin rəhbəri, professor Vladimir Ajaja da yadplanetlilərin Xəzər üzərində uçuşlarını təsdiq edib. Ajaja Xəzərdə yadplanetlilərin 3 bazasının mövcud olduğunu iddia edib”.
Tarixçi alim onu da vurğulayıb ki, 1980-ci illərdə Sovet təhlükəsizlik orqanlarına Xəzər dənizindən qəribə varlıqların sahilə çıxması barədə çoxsaylı informasiyalar daxil olub:” Bu o deməkdir ki, əslində hər kəs bu varlıqlar haqqında bilir, onların varlığını təsdiq edir, amma ətraflı məlumat demək olar ki, yoxdur, ya da, var, ortaya çıxarılmır”.
Oxu24.com-a mövzu ilə bağlı danışan astroloq Səbuhi Rəhimli isə bildirdi ki, biz kainatda tək deyilik.
"Qədim kitablarda da başqa aləmlərdə yaşayanlar haqqında bilgilər var. Bəzən olur ki, kimsə göydə bir işıltı görür,deyir bu yatplanetlilər idi.Göydə ənənəvi olmayan bir işıq yanır,sönür,elə bilirlər ki,bu yadplanetlilərdi. Yadıma gəlir ki, hardasa 2010-cu illər idi. Mən başqa planetinə gedib gəldiyini deyən insanlarla müsahibə alırdım. Onlar orda gördükləri şiriftləri, heroqriftləri yazdılar. Baxdım gördüm ki, qədim “Avesta”da olan, qədim Misir piramidalarında olan işarələrin eynisidir.Bir obyektin varlığını tam təsdiqləyən fakt yoxdursa deməli o obyekt yoxdur. Dini baxımdan diqqət etsək,Həzrət Peyğəmbərimizə ərz edilir ki, 18 min aləm var və peygəmbər 18 min aləmin mustafasıdır. Burdan belə qənaətə gəlmək olar ki, aləmlərdə şüurlu varlıqlar var.Rəbbimiz də peyğəmbəri onların mustafası adlandırıb".
Astroloq onu da vurğulayıb ki, yadplanetlilərin varlığı yuxu mövzusuna daha çox bənzəyir.
"Yuxuda dünyasını dəyişənlərimizi görürük, onlarla söhbət edirik, bəzən onlar bizə yaxın günlərdə olacaq hadisələrin xəbərini verir, bəzən itmiş bir əşyanın yerini deyirlər.Yaxud da hansısa bir uşağın adını yuxuda bizə deyirlər.Belə misallardan çox çəkmək olar. Tutaq ki,bir bədbəxt hadisənin olacağını yuxuda sənə deyirlər, sən də bunu ətrafdakılara söyləyirsən.Və həmin hadisə baş verir.Bizə sual veriləndə ki, “sən bunu hardan bilirdin?” Təbii ki, bunu sübut eləməyə heç bir fakt tapa bilmirik.“Yuxuda görmüşdüm” deyirik və susuruq. Açıqlamasını bilmirik.
Bax, məsələ belədir. Hamımız deyirik yadplanetlilər var, amma birimiz onlarla danışmamışıq, xarakterini, insanlara münasibətini bilmirik. Bu dəqiqləşdirilməyə ehtiyacı olan bir məsələdir. Amma bunu dəqiqləşdirmək hələ ki, mümkün deyil”-deyə astroloq vurğulayıb.
Əntiqə Rəşid
00:30 / 21 Aprel 2026
1
23:55 / 20 Aprel 2026
36
23:38 / 20 Aprel 2026
47
23:18 / 20 Aprel 2026
48
22:59 / 20 Aprel 2026
187
22:49 / 20 Aprel 2026
97
22:31 / 20 Aprel 2026
63
22:20 / 20 Aprel 2026
60
22:06 / 20 Aprel 2026
143
22:02 / 20 Aprel 2026
96
21:56 / 20 Aprel 2026
80
21:42 / 20 Aprel 2026
89
21:34 / 20 Aprel 2026
184
21:24 / 20 Aprel 2026
68
21:20 / 20 Aprel 2026
1124
21:19 / 20 Aprel 2026
218
21:17 / 20 Aprel 2026
56
21:09 / 20 Aprel 2026
444
21:05 / 20 Aprel 2026
213
21:04 / 20 Aprel 2026
70
20:59 / 20 Aprel 2026
76
20:53 / 20 Aprel 2026
1002
20:50 / 20 Aprel 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.