EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
789
18.02.2026, 20:56
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) uyğunsuzluq aşkarlanan palma yağı məhsulunun dövriyyəyə buraxılmasının qarşısını alıb.
Oxu24.com xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.
Bildirilib ki, Rusiya Federasiyasının "Пищевые Ингредиенты" adlı istehsalçı müəssisəsinə məxsus palma yağı partiyalarına nəzarət tədbirləri zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində kimyəvi emal çirkləndiricisi (3-monoxlorpropan-1,2-diol) aşkarlandığından məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Bu səbəbdən yük partiyası barədə gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib.
Eyni zamanda, qarşı tərəf uyğunsuzluq aşkar edilmiş istehsalçı müəssisə barəsində tətbiq edilmiş qadağa ilə bağlı rəsmi qaydada məlumatlandırılıb.
Elmi risk qiymətləndirmələrinə əsasən, bitki yağlarının rafinasiyası zamanı yaranan (3-monoxlorpropan-1,2-diol) emal çirkləndiricisinin uzunmüddətli və normadan artıq miqdarda qəbulu insan sağlamlığına toksiki təsir göstərir.
Həmçinin, qeyd olunub ki, AQTA istehlakçıların sağlamlığının və qida təhlükəsizliyinin təmin edilməsini əsas prioritet kimi müəyyən edir və bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun operativ tədbirlər həyata keçirir.Yenisabah
00:02 / 14 Noyabr 2026
72
23:58 / 13 Noyabr 2026
54
23:49 / 13 Noyabr 2026
53
23:40 / 13 Noyabr 2026
63
23:28 / 13 Noyabr 2026
65
23:22 / 13 Noyabr 2026
78
23:17 / 13 Noyabr 2026
79
23:09 / 13 Noyabr 2026
88
23:05 / 13 Noyabr 2026
85
23:02 / 13 Noyabr 2026
89
22:53 / 13 Noyabr 2026
99
22:49 / 13 Noyabr 2026
95
22:41 / 13 Noyabr 2026
92
22:36 / 13 Noyabr 2026
108
22:18 / 13 Noyabr 2026
98
22:13 / 13 Noyabr 2026
99
22:03 / 13 Noyabr 2026
571
21:43 / 13 Noyabr 2026
923
21:36 / 13 Noyabr 2026
106
21:29 / 13 Noyabr 2026
133
21:24 / 13 Noyabr 2026
295
21:03 / 13 Noyabr 2026
115
20:58 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.