EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
777
18.02.2026, 18:59
Fevral ayında son günlər bahar havası müşahidə olunur. Bəs fevral ayında bu cür temperatur göstəriciləri normal hesab edilə bilər? Yaxın günlərdə yenidən havaların kəskin soyuması, eləcə də qar yağması ehtimalı var?
Oxu24.com xəbər verir ki, ekoloq Qorxmaz İbrahimli Metbuat.az-a açıqlamasında bunun bahar havası deyil, Bakı və Abşeron yarımadası üçün xarakterik olan adi hava şəraiti olduğunu bildirib:
“Ölkə üzrə Aran ərazilərində də oxşar vəziyyət hökm sürür. Dağlıq və dağətəyi ərazilərdə isə hava sərin və soyuq olaraq qalır, bəzi yerlərdə bu proses davam edir. Qış mövsümü hər gün və hər yerdə qar yağması demək deyil. Artıq yaz fəslinə doğru irəliləyirik və müsbət temperaturun müşahidə olunması normal haldır. Xüsusilə Bakı və Abşeron yarımadasında yağıntının az olması həmişə səciyyəvi xüsusiyyət olub”.
Q.İbrahimlinin sözlərinə görə, fevral ayı ərzində Kiçik Qafqazın dağlıq və dağətəyi ərazilərində, eləcə də Böyük Qafqazın dağlıq zonalarında qar müşahidə olunacaq:
“Hətta ayın sonuna doğru Bakıda da yağıntı ehtimalı var. Bu, sensasiya deyil, mövsüm üçün normal haldır. Fevralın sonlarına yaxın boz ayın başlanması ilə hava şəraitində dəyişikliklər baş verir, temperatur qismən yüksəlsə də, yağıntıların miqdarı arta bilər. Bu baxımdan hər hansı anomaliya yoxdur. Yüksək dağlıq ərazilərdə - Şahdağ istiqamətində və Qarabağ bölgəsində qarın yağacağı gözlənilir. Lerik zonasında da yenidən qar ehtimalı var. Aşağı ərazilərdə isə qar gözlənilmir”.
00:02 / 14 Noyabr 2026
72
23:58 / 13 Noyabr 2026
54
23:49 / 13 Noyabr 2026
53
23:40 / 13 Noyabr 2026
63
23:28 / 13 Noyabr 2026
65
23:22 / 13 Noyabr 2026
78
23:17 / 13 Noyabr 2026
79
23:09 / 13 Noyabr 2026
88
23:05 / 13 Noyabr 2026
85
23:02 / 13 Noyabr 2026
89
22:53 / 13 Noyabr 2026
99
22:49 / 13 Noyabr 2026
95
22:41 / 13 Noyabr 2026
92
22:36 / 13 Noyabr 2026
108
22:18 / 13 Noyabr 2026
98
22:13 / 13 Noyabr 2026
99
22:03 / 13 Noyabr 2026
571
21:43 / 13 Noyabr 2026
923
21:36 / 13 Noyabr 2026
106
21:29 / 13 Noyabr 2026
133
21:24 / 13 Noyabr 2026
295
21:03 / 13 Noyabr 2026
115
20:58 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.