Onkologiyanın yaralı həkimi necə adamdır? — Haçalanan FİKİRLƏR
01 May 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
664
18.02.2026, 18:29
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin bütün sahələrinə müsbət təsir göstərsə də, paralel olaraq kibercinayətkarlıq risklərini də artırır.
Oxu24.com xəbər verir ki, şəxsi məlumatların oğurlanması, onlayn dələduzluq, fişinq hücumları, kiberzorakılıq və zərərli proqram təminatlarının yayılması həm fərdlər, həm də dövlət və özəl qurumlar üçün ciddi təhlükə yaradır.
Bu baxımdan kibercinayətkarlıqla mübarizə milli təhlükəsizlik, iqtisadi sabitlik və vətəndaşların hüquqlarının qorunması üçün strateji əhəmiyyət daşıyır.
Kibercinayətlərin əsas xüsusiyyətlərindən biri onların çox vaxt istifadəçilərin məlumatsızlığı və diqqətsizliyi nəticəsində baş verməsidir. Texniki müdafiə mexanizmləri vacib olsa da, insan faktoru kibertəhlükəsizliyin ən zəif halqası olaraq qalır. Məhz bu səbəbdən kibercinayətkarlıqla mübarizədə maarifləndirici tədbirlər xüsusi rol oynayır.
Maarifləndirmə tədbirləri vətəndaşlarda təhlükəli onlayn davranışların tanınması, şəxsi məlumatların qorunması, şübhəli link və mesajlardan yayınma, güclü parollardan istifadə vərdişlərinin formalaşdırılması kimi bacarıqları inkişaf etdirir. Xüsusilə sosial videoçarxların nümayiş etdirilməsi maarifləndirmənin ən effektiv vasitələrindən biridir. Qısa, anlaşılan və emosional təsir gücünə malik videoçarxlar vətəndaşlarda təhlükə hissini düzgün formalaşdırır, məsuliyyətli rəqəmsal davranışı təşviq edir və kibercinayətkarlıqla mübarizədə dövlət–cəmiyyət əməkdaşlığını gücləndirir.
Sözügedən məsələnin əhəmiyyəti nəzərə alınaraq, Baş Prokurorluq vətəndaşların şəxsi məlumatlarının qorunması və kiberdələduzluq risklərinin qarşısının alınması məqsədilə sosial videoçarx təqdim edir
Həmçinin oxuyun
Bu maarifləndirici video sosial şəbəkələrdə düşünülməmiş paylaşımların doğura biləcəyi fəsadlara diqqət çəkmək üçün hazırlanıb.
Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edir!
Başqalarına şəxsi məlumatlarınızdan qanunsuz istifadə etməyə imkan yaratmayın!!
Belə olan halda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinə və digər hüquq mühafizə orqanlarına müraciət edin!Qafqazinfo
15:50 / 01 May 2026
39
15:40 / 01 May 2026
33
15:37 / 01 May 2026
37
15:33 / 01 May 2026
30
15:17 / 01 May 2026
31
15:15 / 01 May 2026
154
15:08 / 01 May 2026
78
15:05 / 01 May 2026
43
15:04 / 01 May 2026
81
15:01 / 01 May 2026
36
14:57 / 01 May 2026
39
14:47 / 01 May 2026
129
14:33 / 01 May 2026
548
14:30 / 01 May 2026
234
14:06 / 01 May 2026
507
14:04 / 01 May 2026
104
14:01 / 01 May 2026
72
13:59 / 01 May 2026
83
13:51 / 01 May 2026
57
13:47 / 01 May 2026
64
13:39 / 01 May 2026
82
13:39 / 01 May 2026
531
13:37 / 01 May 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.