Azərbaycanda zəlzələ gözlənilirmi?
13 Aprel 2026, 13:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
574
18.02.2026, 18:13
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Altay Göyüşovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Altay Göyüşovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmədə müşavirədən sonra qiyabi hökm oxunub. Hökmə əsasən, Altay Göyüşov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub.
Binəqədi Rayon Məhkəməsinin ötən il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Sentyabrın 17-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Altay Göyüşovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 20 aprel 2020-ci ildə “YouTube” internet platformasında “Düz Danışaq” adlı kanalda və 2 sentyabr 2024-cü il və 1 yanvar 2025-ci ildə “Altay Göyüşov” adlı Facebook kanalında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.
13:26 / 13 Aprel 2026
1
13:19 / 13 Aprel 2026
16
12:59 / 13 Aprel 2026
71
12:56 / 13 Aprel 2026
40
12:45 / 13 Aprel 2026
37
12:39 / 13 Aprel 2026
412
12:34 / 13 Aprel 2026
52
12:25 / 13 Aprel 2026
41
12:23 / 13 Aprel 2026
43
12:18 / 13 Aprel 2026
38
12:13 / 13 Aprel 2026
58
12:10 / 13 Aprel 2026
48
12:04 / 13 Aprel 2026
70
12:02 / 13 Aprel 2026
42
11:55 / 13 Aprel 2026
57
11:47 / 13 Aprel 2026
1477
11:34 / 13 Aprel 2026
63
11:27 / 13 Aprel 2026
54
11:19 / 13 Aprel 2026
601
11:10 / 13 Aprel 2026
64
11:09 / 13 Aprel 2026
78
11:04 / 13 Aprel 2026
57
11:01 / 13 Aprel 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.